
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 27 ümumi təhsil məktəbində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir.
BŞTİ-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədris ili ərzində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki icma əsaslı məktəbəqədər təhsil qruplarına 839 uşaq cəlb olunub.
Həmçinin icma qruplarının real vəziyyətinin öyrənilməsi və nəticələrin təhlil olunması məqsədilə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 37 qrupda monitorinq həyata keçirilib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər