Bütün xəbərlər
10 dekabr, 13:32

Ölkəmizdə “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi 2017-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və “UNİCEF Azərbaycan”nın maliyyə dəstəyi ilə həyata keçirilir.

Son illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində layihənin əhatə dairəsi genişləndirilib. Hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir. “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb edilmiş 1-5 yaşlıların payının 50%-ə çatdırılması planlaşdırılır.

2017-ci ildə yaradılan layihənin məqsədi qruplarda 3-5 yaşlı uşaqların araşdırma qabiliyyətini gücləndirmək, özünə inam hissi yaratmaq, həmyaşıdları ilə oynamaq və ünsiyyət üçün əlverişli mühit qurmaqdır. Bu da uşaqlara sərbəst şəkildə tapşırıqları yerinə yetirmə və qərar verə bilmə kimi vərdişlər yaradır.

Layihə ilə bağlı “Azərbaycan müəllimi”nə danışan İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, valideynlərin əksəriyyəti icma əsaslı layihədən xəbərdar deyillər və bu sahədə maarifləndirmənin artırılmasına böyük ehtiyac var:

"İl ərzində televiziyanın monitorinqini götürsək, məktəbəqədər təhsillə bağlı pozitiv yöndə müzakirələr azdır. Müzakirə daha çox neqativə köklənib. Bu neqativlərin olması valideynləri narahat edir, nəticədə uşaqların məktəbəqədər təhsildən yayınmasına səbəb olur. Bu proses icbari olmadığından məsələ valideynlərin seçiminə qalıb. Burada da neqativ hallar olduqda həssas yanaşma olur, insanlar bu prosesə qoşulmaq istəmirlər. Belə ki, məktəbəqədərdən danışılmadığı üçün icmadan da danışılmır. Belə olanda bu öhdəlik icma əsaslı məktəbəqədər müəllimlərin üzərinə düşür. Həmin müəllimlər bu prosesi nə qədər geniş kütlə arasında yaysa, insanlara çatdırsa, aktivlik olacaq. Bu səbəbdən maarifləndirmə prosesini daha da artırmalıyıq”.

O bildirib ki, hazırkı statistikaya əsasən müxtəlif icmalarda təşkil olunan məktəbəqədər təlim qruplarına 16 mindən çox uşaq cəlb olunub: “İcma əsaslı məktəbəqədər təlim qrupları özlüyündə çox yaxşı bir modeldir. Bu model tələb edir ki, icma prosesə qoşulsun. Xüsusilə valideynlər, həmin kəndin, qəsəbənin bələdiyyələri uşaqların təlim prosesini təşkil edə, bu prosesə qoşula bilər. Bu, 3 saatlıq təlim prosesidir. Bunu gələcəkdə icma öz üzərinə götürsə, daha məqsədəuyğun olar. İcma bu prosesi mənimsəsə davamlılıq, dayanıqlığın gücü çox olacaq. Nəticədə icma daha geniş yayıla biləcək. Gələcəkdə icmaların bu işi öz üzərinə götürəcəyini düşünürəm”.

Bu il icma əsaslı məktəbəqədər təhsilin inkişafı ilə bağlı 2 qrant müsabiqə elan edildiyini və yaxşı nəticələr əldə olunduğunu söyləyən R.Dünyamalıyev məktəbəqədər, ibtidai sinif müəllimlərinin də buna xüsusi təşəbbüs göstərdiyini, nəticədə icmanın əhatə dairəsinin genişləndiyini, insanlarda buna marağın formalaşdığını qeyd edib:

“Bununla bağlı maarifləndirməni də çoxaltmaq lazımdır. Regionlarda məlumdur ki, qadınların əksəriyyəti işləmir. Belə ki, onlar bu layihədən daha çox faydalana bilərlər. Onlar gün ərzində vaxtlarından 2 saat ayırmaqla, uşaqlarında ciddi dəyişikliklər hiss edə, uşaqlarını məktəbəqədər təlimlərə cəlb edə bilərlər. Düşünürəm ki, məktəbəqədər təhsillə bağlı daha çox müzakirələr aparılmalıdır”. 

R.Dünyamalıyev əlavə olaraq, tərbiyəçi-valideyn münasibətlərini tənzimləyən əlaqələndirici şəxslərin də prosesə cəlb olunmasının vacib amillərdən olduğunu, bunun əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayıb. 

Qeyd edək ki, icma əsaslı məktəbəqədər təhsil layihəsinə 890 mərkəz əlavə edilərək əhatə dairəsi genişləndirilib. Hazırda layihəyə cəlb edilən tərbiyəçi-müəllimlərin sayı 1088-dir. Layihəyə qoşulan ümumi uşaq sayının 20.000 nəfər olması proqnozlaşdırılır.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.