Bütün xəbərlər
23 yanvar, 12:00

Respublika fənn olimpiadalarının şəhər (rayon) mərhələsinin nəticələrinə əsasən, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin 465 şagirdi yarımfinala vəsiqə qazanıb. Onlardan 3-ü informatika fənni üzrə maksimal nəticə göstərib. 

"Azərbaycan müəllimi" həmin şagirdlərlə həmsöhbət olub.

“Davamlı zəhmət və əzmkarlıq insanı uğura aparır”

İlk olaraq Kəlbəcər rayonu 56 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Bəxtiyar Nəcəfzadə ilə həmsöhbət oluruq. Bəxtiyar deyir ki, bu nailiyyət onun üçün başlanğıc nöqtədir. Qarşıda daha böyük hədəfləri var. O, informatika sahəsində biliklərini daha da artıraraq ölkəmizi gələcəkdə beynəlxalq yarışlarda təmsil etmək istəyir: 

“İnanıram ki, davamlı zəhmət və əzmkarlıq hər zaman insanı uğura aparır. Oxuduğum məktəbin bu nailiyyətimdə böyük rolu var. Burada nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da qazanıram. Başda məktəb rəhbərliyi olmaqla, bütün müəllimlərim mənə həmişə dəstək olublar, onların verdiyi məsləhətlər və göstərdikləri diqqət daha çox çalışmağıma təkan verib.

Təbii ki, əldə etdiyim nəticədə öz üzərimdə çalışmağım mühüm rol oynayıb. İnformatika fənninə marağım həmişə yüksək olub. Bu maraq məni mövzuları daha dərindən öyrənməyə, əlavə mənbələrdən yeni biliklər əldə etməyə həvəsləndirib. Bəzən çətinliklərlə qarşılaşsam da, ruhdan düşməmişəm. Qarşıya qoyduğum məqsədlərimə çatmaq üçün dayanmadan çalışıram.

Bu uğur təkcə mənim deyil, həm də məktəbimin, müəllimlərimin zəhmətinin qarşılıqlı nəticəsidir. İnanıram ki, bu nailiyyət gələcəkdə daha böyük uğurlar əldə etməyimə yol açacaq”.

“Kompüter mütəxəssisi olmaq  istəyirəm”

Növbəti maksimal nəticə göstərən məktəbli İsmayıl Məmmədovdur. O, Zəngilan rayonu 15 nömrəli məktəbin 10-cu sinif şagirdidir. 


Deyir ki, hələ kiçik yaşlarından informatikaya aid keçirilən yarış və olimpiadalara marağı olub. Bu marağı onu ötən il olimpiadada gümüş medal sahibi edib. 

"İnformatika fənni üzrə ötənilki olimpiadanın da birinci mərhələsində 100 faiz nəticə göstərmişdim. Nəticələrimə görə valideynlərimə, təhsil aldığım məktəbin kollektivinə minnətdaram. Məktəbimiz Qubadlı rayonu Dondar kənd məktəbi ilə eyni binada yerləşir. Birinci mərtəbədə Zəngilan, ikinci mərtəbədə Qubadlı məktəbi fəaliyyət göstərir. Hər iki məktəb uğurlarıma birgə sevinir, dəstək olur. Bu dəstək mənə daha çox motivasiya verir. Gələcəkdə kompüter elmləri üzrə mütəxəssis olmaq  istəyirəm".

“Əsas məqsəd finala çıxmaqdır” 

Digər yüksək nəticə əldə edən şagird Bəhram Gözəlovdur. 

O, Kəlbəcər rayonu 122 nömrəli tam orta məktəbin 10-cu sinfində oxuyur. Bəhramın informatikaya marağı onun qaliblər sırasında yer almasına səbəb olub.  Bəhram deyir: "Arxayınlaşmaq olmaz, indi əsas məqsəd finala çıxmaqdır. Daha çox çalışıb qalib olmağa çalışacağam".

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.