Bütün xəbərlər
14 may, 13:25

Azərbaycan Texnologiya Universitetində (ATU) buraxılış kurs tələbələrinin əmək bazarına inteqrasiyasına dəstək məqsədilə “Karyera festivalı” keçirilir. 

Müxtəlif dövlət və özəl müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilən əmək yarmarkasında tələbələr birbaşa işəgötürənlərlə ünsiyyət quraraq vakant yerlər, əmək bazarının aktual tələbləri və işə qəbul prosedurları barədə geniş məlumat əldə edirlər.

“Azərbaycan müəllimi” festivalın ilk günündə keçirilən əmək yarkasında iştirak edərək gənclərin işlə təminində universitetlərin rolu və işəgötürənlərin tələbləri ilə maraqlanıb. 

İşəgötürənlər nə deyir?

 “Azərbaycan Alüminium Zavodu”nun İnsan resursları şöbəsinin əməkdaşı Bəxtiyar Məmmədov deyir ki, əmək yarmarkasına texnoloji proseslərin avtomatlaşdırılması üzrə mühəndis, mühəndis sistemotexnik,  avtomatik idarəetmə sistemlər üzrə mühəndis və digər sahələr üzrə vakansiyaları təqdim ediblər: “Təcrübəsiz məzunlara 3 aylıq sınaq müddəti təklif olunur. Bu müddət ərzində iş prinsipini öyrənir və real bacarıq əldə edirlər”. 

Müəssisə əməkdaşının sözlərinə görə, illərdir ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində əmək yarmarkasında iştirak edirlər. Onun fikrincə, əmək yarmarkasının üstünlüyü odur ki, birbaşa namizədlə görüşür, ilkin seçim edə bilirlər. 

 “Azərsun Holding”in Təşkilati inkişaf və karyera şöbəsinin müdiri Səadət Əliyeva qeyd edib ki, əsas fəaliyyət istiqamətləri qida istehsalı olduğundan bu sahə ilə əlaqəli, xüsusilə qida mühəndisliyi və qida texnologiyası üzrə ixtisaslaşmış gənclərin işə qəbulu onlar üçün vacibdir: “Regionların inkişafı bizim prioritetimizdir. Ona görə də Kürdəmir, Qazax və digər bölgələrdə müəssisələrimiz üçün işçi axtarırıq. Təcrübə proqramlarımız 3–6 ay davam edir, əmək müqaviləsi ilə əməkhaqqı verilir. Təcrübə müddəti bitdikdən sonra uyğun vakansiya varsa, həmin əməkdaş işə qəbul olunur”. 

Müasir dövrlə ayaqlaşan şirkət əmək yarmarkasında yenilik edib: “Şirkət posterlərində QR kodlar yerləşdirilib. Namizədlər telefonla oxutmaqla CV-lərini dərhal göndərə bilərlər. QR kodlu posterlərlə CV toplamaq işimizi asanlaşdırır. Bu həm sənəd dövriyyəsini azaldır, həm də əlçatanlığı artırır”.

Şirkət rəsmisi bildirir ki, təcrübə qazanmaq istəyənlər üçün həm də “GələcəkSən” yay təcrübə proqramları mövcuddur: “Bu proqram Bakıda keçirilir və tələbələr 3 ay ixtisasları üzrə təcrübə keçə bilirlər və yaxşı nəticə göstərən namizədlər işlə təmin olunurlar. Müraciət üçün son tarix 20 maydır”.

 “Azərgold” QSC-nin İnsan resursları şöbəsinin nümayəndəsi Qəffar Məmmədov deyir ki, vakansiyalarımız daim dəyişir və saytda bu bölmə mütəmadi yenilənir. ATU ilə əməkdaşlıq çərçivəsində tələbələr müəssisəmizdə ödənişli təcrübə keçə bilirlər. Forumda və yarmarkada bir çox tələbələrlə görüşdük və onların CV-lərini qəbul etdik”.

Tələbələrin təəssüratları

Nüyvər Qarayeva, ATU,  “Qida mühəndisliyi” fakültəsinin 3-cü kurs tələbəsi:

“Azərgold şirkətinə yaxınlaşdım. Ekoloq üzrə vakansiyalar mövcuddur. Karyera Mərkəzi vasitəsilə CV təqdim edirik. Əgər vakansiya varsa, yönləndirirlər. Təcrübə müddətində qalıb, yeməklə təmin olunmaq və təqaüd almaq imkanı var. Əmək yarmarkası sayəsində universitet-şirkət əməkdaşlığı nəticəsində ixtisas üzrə iş tapmaq asanlaşır. Bu cür yarmarkalar bizim üçün böyük fürsətdir – əlaqələr qururuq, real iş təklifləri əldə edirik”.

Duyğu Sadıqova, ATU, “Ekologiya mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbəsi:

“Festivalda Azərsun Holding-in stendinə yaxınlaşdım. Mənə təcrübə proqramları haqqında məlumat verdilər. Öyrəndim ki, yay aylarında keçirilən “Gələcək Sən” adlı ödənişli təcrübə proqramı var. Proqram Bakıda keçirilir və bu müddətdə tələbələr əmək müqaviləsi ilə işləyirlər. Əgər vakansiya olarsa, təcrübə müddətindən sonra işə qəbul olunmaq da mümkündür. Bu proqram məni çox maraqlandırdı və qeydiyyatdan keçməyi planlaşdırıram. Hesab edirəm ki, belə tədbirlər tələbələrin gələcək karyerası üçün mühüm platformadır”.

Nazənin Yusifova – ATU “Turizmin təşkili” ixtisası, 4-cü kurs tələbəsi:

“Bu gün müxtəlif qida şirkətlərinə və banklara müraciət etdim. Universitetdə praktikada çox şey öyrənirik. İxtisasım üzrə hotellərdə təcrübə keçmişəm. Amma bu gün konkret ixtisasım üzrə deyil, ümumi iş imkanları ilə maraqlandım. Gələcəkdə isə uyğun sahədə işləmək istəyirəm”.

Elnur Arifzadə – ATU, “Ekologiya mühəndisliyi” ixtisası üzrə doktorant:

“Hər bir iştirakçı kimi mən də uyğun vakansiyaya  müraciət etmək üçün festivalda iştirak edirəm. Tələblər iş sahəsinə və ixtisasa görə dəyişir. Ümumilikdə şirkətlər namizədlərdən həm nəzəri biliklər, həm də “yumşaq bacarıqlar” adlandırdığımız həyati bacarıqlar tələb edirlər ki, komanda işinə uyğunlaşa bilək və effektiv fəaliyyət göstərə bilək. Öz universitetimiz adından deyə bilərəm ki, xüsusilə mühəndislik ixtisaslarının tələbələri əmək bazarına tam hazırlıqlı şəkildə buraxılır. Əmək yarmarkalarında iş tapan məzunlarımızın sayına və onların iş keyfiyyətinə baxsaq, görərik ki, bu baxımdan tələblərə kifayət qədər uyğunuq. 4-cü kurs tələbələri artıq ikinci semestrdən başlayaraq ixtisaslarına uyğun praktikaya göndərilir və çox hallarda həmin təcrübə proqramlarından sonra tələbələr işlə təmin olunurlar. Mən əsasən şirkətlərin tələbləri ilə maraqlanıram. Ola bilər ki, bu il olmasa da, növbəti illərdə uyğun iş imkanları tapacağam”.

Şərhlər

Xəbər lenti

31 iyul, 10:14

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.