Bütün xəbərlər
22 may, 17:47

“Azad Mirzəcanzadə İnkişaf Proqramı” çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) “Kreativ və innovativ düşüncə tərzini necə formalaşdırmalı?” mövzusunda növbəti infosessiya keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbiri giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq akademik Azad Mirzəcanzadənin zəngin elmi yaradıcılığından, ictimai fəaliyyətindən, gənclərə göstərdiyi qayğıdan söz açıb. Bildirib ki, bu dəyərli alimin adını daşıyan qurum akademik Azad Mizəcanzadənin işıqlı ideyalarını həyata keçirmək istiqamətində davamlı iş aparır, uğurlu layihələr həyata keçirir. Dos. R. Şəmmədov “Azad Mirzəcanzadə İnkişaf Proqramı” ilə LDU arasında yaranan işgüzar əlaqələrin əhəmiyyətindən danışıb və sözü proqramın direktoru Leyla Seyidzadəyə verib. Proqram direktoru LDU-da sayca ikinci dəfə keçirilən infosessiyada iştirak edən təlimçiləri iştirakçılara təqdim edib.

Bildirilib ki, bugünkü tədbirdə Leyla Seyidzadə, Vüsalə Muradova, Nigar İbrahimova, Türkan Gözəlli və Fərid Məhərrəmli Azərbaycanın intellektual və elmi irsinin simvollarından biri olan akademik Azad Mirzəcanzadənin adını daşıyan proqramın məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat veriblər.

Diskussiya şəraitində keçən təlimdə universitetin tələbə və müəllim heyəti iştirak edib.

Qeyd edək ki, “Azad Mirzəcanzadə İnkişaf Proqramı” yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanaqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib olan gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədilə həyata keçirilir. Proqrama 18-35 yaş arasında Azərbaycan vətəndaşları qoşula bilərlər. Proqram qəbul olunan layihənin həyata keçirilməsi üçün 5000 AZN-ə qədər maliyyə dəstəyi göstərir.

1 /4

Şərhlər

Xəbər lenti

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

11 iyul, 11:30

İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.