Bütün xəbərlər
5 avqust, 11:57

Bu ilin fevralından iştirakçıların həm komanda, həm də fərdi şəkildə qatıldığı “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nda yekun qiymətləndirmə nəticəsində 10 layihə qalib elan olunub.

Lənkəran Dövlət Universitetindən “Azərbaycan müəllimi”nə bildirilib ki, qaliblər arasında LDU-nun Aqrar və mühəndislik fakültəsinin iki tələbəsi də var. Nuray Əliyeva “Kompüter mühəndisliyi” ixtisasının, Ramal Əsgərov “İnformasiya texnologiyaları” ixtisasının III kurs tələbələridir. Onlar “CodeByte” layihəsi ilə “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın qalibi olublar. 

Bildirilib ki, “CodeByte” Azərbaycanda proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına yönəlmiş innovativ təhsil startapıdır. Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərə yüksəkkeyfiyyətli, əlçatan və müasir texnologiyalara əsaslanan proqramlaşdırma təhsili təqdim etməkdir. 

Qaliblərin mentoru Texnologiya və texniki elmlər kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Vüsalə Muradovadır.

Hər bir qalib layihəsini inkişaf etdirmək üçün 5000 manatadək maliyyə dəstəyi alacaq. Maliyyə dəstəyindən əlavə, qaliblər təcrübəli peşəkarların dəstəyi, mentorluqdan istifadə və təlim imkanları ilə də təmin olunacaqlar.

Xatırladaq ki, “Azad Mirzəcanzadə İnkişaf Proqramı” Azərbaycanda yaşayan, innovativ və sosial əhəmiyyətli təşəbbüsləri həyata keçirmək potensialına malik 18-35 yaşlı gənclərin dəstəklənməsinə yönəlib. Proqram iştirakçılara liderlik bacarıqlarını, sahibkarlıq düşüncəsini və sosial fəallığı inkişaf etdirmək üçün unikal imkanlar təqdim edir. “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın üçüncü axını üçün müraciətlərin qəbulu açıqdır.

1 /1

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.