Bütün xəbərlər
19 iyun, 17:15

Gəncə şəhəri 13 nömrəli tam orta məktəbin məzunu olan Alı İsmayılov I ixtisas qrupu üzrə blok imtahanında 400 bal toplamaqla ümumilikdə ölkə üzrə yüksək nəticə göstərən abituriyentlər arasında yer alıb. Buraxılış imtahanı ilə birlikdə 697.5 bal toplayan Alının uğur hekayəsi öz hədəfini aydın görən, ruhdan düşsə də, yolundan dönməyən gəncin əzmli çalışmasının nümunəsidir.

“Azərbaycan müəllimi” Alının təəssüratlarını öyrənib. 

“Bəzi anlarda ruhdan düşməyimə baxmayaraq, əzmlə çalışmağa davam etdim”, – deyən Alı bu nəticənin təsadüf olmadığını söyləyir. Blok imtahanı daha çox bal qazandırdığı üçün əsas diqqətini riyaziyyat, informatika və fizika fənlərinə yönəldib. Riyaziyyat fənnini daha çox sevdiyini açıqlayan Alı bu sahəyə olan marağının nəticəyə necə təsir etdiyini vurğulayır:

"Xüsusi dərs planım olmasa da, hər gün ən azı üç saat dərs oxumağa çalışmışam. Davamlılıq və planlı yanaşma çox vacibdir. Özümü sıxmadan, amma nizamla çalışırdım”.

İnformasiya texnologiyalarına marağı isə hələ kiçik yaşlarından yaranıb. 

“Kompüterə marağım uşaq vaxtından vardı, bu səbəbdən İT sahəsinə daha yaxın hiss edirəm”, – deyən Alı ali təhsilini bu istiqamətdə davam etdirmək niyyətindədir. O, hazırda seçim qarşısındadır: Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan ya Bakı Ali Neft Məktəbi (BANM), ya da ADA Universitetində oxumaq istəyir.

Gələcək planları isə çox aydındır: “Özümü gələcəyin İT sahəsində savadlı bir kadrı kimi görürəm. Uğur qazanmaq üçün çox çalışmaqla yanaşı, güclü iradəyə sahib olmaq da vacibdir”.

Sonda uğur formulunu belə açıqlayır: “Yüksək nəticə əldə etmək üçün əzmlə, çox çalışmaq lazımdır. Uğur qazanmaq üçün çox çalışmaqla yanaşı, güclü iradəyə sahib olmaq lazımdır”.

Şərhlər

Xəbər lenti

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.