.jpeg)
Mingəçevir Dövlət Universitetinin (MDU) Energetika mühəndisliyi ixtisasında təhsil alan EnM24 qrupunun tələbələri növbəti dərslərini “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzində keçiriblər.
Dərs MDU-nun Energetika kafedrasının müəllimi və “Azərbaycan İES” MMC-nin əməkdaşı olan Qədir Məmmədli tərəfindən “Elektrik maşınları” fənnindən “Transformator və rejimləri” mövzusunda aparılıb. Tələbələrə transformatorların quruluşu, iş prinsipləri və müxtəlif rejimlərdə tətbiqi ilə bağlı nəzəri biliklər təqdim olunub, həmçinin istehsalat şəraitində onların praktiki tətbiqi izah edilib.
Bu dərs MDU ilə “Azərbaycan İES” MMC arasında qurulan universitet-sənaye əməkdaşlığının real nəticələrindən biri kimi diqqət çəkir. Qeyd edək ki, tərəflər arasında 2025-ci ilin iyul ayında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum sənaye yönümlü ixtisaslar, xüsusilə “Energetika mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” üzrə peşəkar kadrların hazırlanmasını, təhsilin istehsalatla inteqrasiyasını, elmi-tədqiqat fəaliyyətlərinin təşviqini hədəf kimi müəyyənləşdirib.
Əməkdaşlıq çərçivəsində tələbələrin stansiyada istehsalat təcrübəsi keçməsi, dərslərin praktiki hissəsinin Tədris Mərkəzində təşkili, müəssisə mütəxəssislərinin tədris prosesinə cəlb olunması və universitet müəllimlərinin istehsalat prosesinə inteqrasiyası nəzərdə tutulur. Bundan əlavə, birgə elmi-tədqiqat layihələrinin icrası, magistrlik dissertasiyalarının stansiyanın ehtiyaclarına uyğun müəyyənləşdirilməsi və innovativ həllərin hazırlanması planlaşdırılır.
Qeyd edək ki, MDU tələbələrinin “Azərbaycan İES” MMC-də keçdikləri bu dərs universitet-sənaye əməkdaşlığının praktiki müstəviyə keçdiyinin, eyni zamanda energetika sahəsində peşəkar kadrların hazırlanmasına verilən xüsusi önəmin göstəricisidir.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər