Bütün xəbərlər
8 may, 22:13

Mayın 8-də Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin beynəlxalq səviyyədə keyfiyyətinin artırılması və tələbə-müəllim heyətinin dil bacarıqlarının inkişaf etdirilməsi məqsədilə universitetdə “Cambridge University Press & Assessment” təşkilatının Azərbaycandakı rəsmi tərəfdaşı olan ITAC – International Training and Assessment Center ilə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb və Kembric Resurs Mərkəzinin rəsmi açılışı həyata keçirilib.

Mingəçevir Dövlət Universitetinin rektoru professor Anar Eminov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bu əməkdaşlığın universitetin beynəlmiləlləşmə strategiyası çərçivəsində atılan əsaslı addım olduğunu bildirib:

“Mingəçevir Dövlət Universitetində beynəlmiləlləşmə strategiyamız çərçivəsində bu gün daha bir mühüm addım atıldı. Tələbə və əməkdaşlarımızın ingilis dili bacarıqlarının inkişafı və tədris prosesinin beynəlxalq təhsil standartlarına uyğunlaşdırılması məqsədilə "Cambridge University Press & Assessment" təşkilatının Azərbaycandakı rəsmi nümayəndəliyi olan ITAC ilə əməkdaşlığa başladıq".

Rektor qeyd edib ki, bu əməkdaşlıq universitetin tədris sistemində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq:

“Tədris planlarımız və fənn sillabuslarımız Kembric Universitetinin akademik standartlarına uyğunlaşdırılacaq. Tələbə və müəllimlərimiz TKT (Teaching Knowledge Test), IELTS və “Cambridge English Qualifications” imtahanlarına hazırlıq məqsədilə ödənişsiz qruplarda təlim alacaqlar. Yüksək nəticə göstərən tələbə və müəllimlərimiz Londonda Yay məktəbində universitet hesabına təkmilləşdirmə kurslarında iştirak edəcəklər".

A.Eminov əlavə edib ki, yeni yaradılan Kembric Resurs Mərkəzi təkcə universitet üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli bir akademik infrastruktur olacaq:

“Biz bu mərkəz vasitəsilə həm universitet daxilində, həm də regionda fəaliyyət göstərən təhsil müəssisələri üçün beynəlxalq səviyyədə keyfiyyətli tədris mühitini formalaşdırmağı qarşıya məqsəd qoymuşuq. MDU bu istiqamətdə yalnız təhsil alanlara deyil, eyni zamanda orta məktəb, peşə məktəbi və kolleclərdə çalışan müəllimlərə də dəstək verəcək.”

ITAC direktoru Həsrət Şıxbabayev isə “Azərbaycan müəllimi”nə verdiyi açıqlamada bildirib ki, MDU ilə əməkdaşlıq genişmiqyaslı Kembric modelinə əsaslanan sistemli tədrisin regiona inteqrasiyasını təmin edəcək:

“Bizim əsas məqsədimiz universitetdə Kembric sisteminə uyğun tədris mexanizmini formalaşdırmaqdır. İngilis dili müəllimliyi və iqtisadiyyat fakültələrinin tələbələri diaqnostik qiymətləndirmədən sonra Kembric tədris modelinə uyğun mərhələlərə bölünəcək və onlar beynəlxalq imtahanlara – IELTS, Linguaskill, B2 First (FCE) – hazırlıq proqramlarında iştirak edəcəklər. Eyni zamanda, müəllimlərin də bu istiqamətdə təlimlərə cəlb olunması və regionun müxtəlif məktəblərində çalışan müəllimlərlə seminarların təşkili planlaşdırılır.”

O əlavə edib ki, rəsmi Kembric imtahanlarının MDU-da təşkili və Kembric Universiteti ilə birgə Beynəlxalq İngilis Dili Olimpiadasının keçirilməsi təşəbbüsü də müzakirə olunub:

“MDU ilə müqaviləmiz çərçivəsində Mərkəzi Aran regionunda rəsmi Kembric imtahanlarının təşkili istiqamətində birgə fəaliyyət göstərməyi hədəfləmişik. Universitet rəhbərliyinə yaradılan şərait üçün təşəkkür edirəm və əminəm ki, bu əməkdaşlıq həm universitet, həm də region üçün təhsil keyfiyyətinin yüksəlməsində ciddi nəticələr verəcək.”

MDU-nun Xarici dillər kafedrasının ingilis dili müəllimi Lalə Rüstəmova isə bildirib ki, bu təşəbbüs həm tələbələr, həm də müəllimlər üçün yeni imkanlar yaradır:

“İngilis dili müəllimliyi və iqtisadiyyat ixtisaslarında təhsil alan tələbələr Kembric sillabusuna uyğun şəkildə mərhələlərə bölünəcək və bu proqramlarla hazırlıq alacaqlar. Bu, universitetin tədris sisteminin ITAC proqramı ilə tam inteqrasiyasını təmin edəcək. Kembric Resurs Mərkəzinin MDU-da yaradılması bizim üçün eyni zamanda məsuliyyətdir, çünki biz universitet olaraq regionun təhsil inkişafına töhfə vermək missiyasını daşıyırıq.”

Onun sözlərinə görə, universitetə müraciət edən hər bir təhsil müəssisəsi – orta məktəb, kollec – bu sistemdən faydalana biləcək və Cambridge University Press & Assessment standartlarına uyğunlaşdırılmış tədris proqramları gələcəkdə bütün strukturu əhatə edəcək.

1 /7

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.