Bütün xəbərlər
14 yanvar, 16:42

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) və  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə yekun qiymətləndirmə təşkil edilib.

Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron və regionlardan proqrama qoşulan iştirakçılar üçün Bakı şəhərində, Naxçıvan MR-dən qoşulan iştirakçılar üçün isə Naxçıvan şəhərində əyani formada təşkil olunub. 3 saat müddətində davam edən imtahanda namizədlər “Məktəbəqədər təhsil müəssisələrinin idarə olunması və liderlik”, “Məktəbəqədər təhsil müəssisələri heyətinin idarə olunması”, “Təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsi”, “Məktəbəqədər təhsil müəssisələrində daxili keyfiyyət sisteminin qurulması”, “Sağlamlıq, təhlükəsizlik və rifah”, “Məktəbəqədər təhsil müəssisələrində sənədlərlə iş” modulları üzrə sualları cavablandırıblar.

Qeyd edək ki, imtahan nəticələrinə əsasən hər bir modul üzrə davamiyyət göstəricisi 50%-dən yuxarı və 6 moduldan ən azı 4-ü üzrə yekun qiymətləndirmə nəticəsi uğurlu olan iştirakçılara “Uğur diplomu” təqdim olunur. Hər bir modul üzrə davamiyyət göstəricisi 50%-dən yuxarı və 6 moduldan ən azı 1-i üzrə uğurlu nəticə göstərən iştirakçılara isə proqramın “Dinləyici sertifikatı” təqdim olunacaq.

1 /6

Şərhlər

Xəbər lenti

16 iyun, 18:44

Sertifikatlaşdırma imtahanlarının keçiriləcəyi mərkəzlərin siyahısı açıqlanıb

16 iyun, 12:37

ADNSU-nun nümayəndə heyəti bp-nin terminalında olub

16 iyun, 12:12

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

16 iyun, 11:01

Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.