Bütün xəbərlər
15 may, 11:31

Ümumi təhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində aparılan islahatlar çərçivəsində may ayının 17 və 18-də ümumi təhsil müəssisələrinin IV və VI sinif şagirdləri üçün keçiriləcək monitorinq qiymətləndirilməsi bir sıra yeniliklərlə müşayiət olunacaq. Xüsusilə tədris dili fənni üzrə bu il tətbiq ediləcək yeni məzmun və tapşırıq formatları qiymətləndirmə metodikasında təkmilləşməyə doğru atılmış əhəmiyyətli addımlardandır. Monitorinqlər şagirdlərin bilik və bacarıqlarını sadəcə öyrəndikləri nəzəri qaydalar əsasında deyil, mətnlə işləmək, oxuduğunu anlamaq, informasiyanı düzgün təhlil və tətbiq etmək qabiliyyətləri baxımından da qiymətləndirmək məqsədi daşıyır.
Bu isə müəllimlərin tədris yanaşmalarında və şagirdlərin hazırlaşma tərzində yeni yanaşmaları zəruri edir. 

“Azərbaycan müəllimi” olaraq keçiriləcək monitorinqin əhatə dairəsi, müddəti, əsas dəyişikliklər və müəllimlərə tövsiyələr barədə daha dolğun məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil İnstitutunun Dil fənlərinin proqramları şöbəsinin müdiri Turan Zəkəriyayeva ilə həmsöhbət olduq.

– Turan xanım, monitorinq hansı fənləri əhatə edir?

– 4-cü siniflərdə tədris dili və riyaziyyat, 6-cı siniflərdə tədris dili, riyaziyyat və təbiət fənləri monitorinqə daxil edilir.

– Hər sinif üçün nə qədər müddət nəzərdə tutulur?
 
– 4-cü siniflər üçün 2,5 saat, 6-cı siniflər üçün 3 saatdır.

– Əvvəlki illərlə müqayisədə tədris dili ilə bağlı hansı dəyişikliklər var?

– Əvvəla bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, əvvəlki illərdə olduğu kimi, bu il də tədris dili fənnindən dil qaydalarına aid tapşırıqlar soruşulmayacaq. Ümumiyyətlə, tapşırıqlar yalnız oxu məzmun xəttini əhatə edir və oxuyub-anlamanı ölçür. Dəyişikliklərə gəlincə, əvvəlki illərdə oxuyub-anlama bacarığı biri bədii, digəri qeyri-bədii olmaqla, iki mətn əsasında hazırlanmış tapşırıqlarla ölçülürdü. Bu il sualların ümumi sayını sabit saxlamaqla, şagirdlərə 3 mətn təqdim olunacaq. Bunlardan biri bədii, ikisi qeyri-bədii mətnlərdir. Qeyri-bədii mətnlərin biri verbal, digəri verbal-qrafik mətndir.

Başqa bir dəyişiklik məhz verbal-qrafik mətnin təqdim olunmasıdır. Qeyri-bədii verbal mətndə şagirdlər məlumatı mətni oxuyaraq əldə edir və sualları həmin məlumat əsasında cavablandırırlar. Verbal-qrafik mətnə isə yazılı məlumatla yanaşı bir şəkil daxil edilib. Şəkil özü də müəyyən informasiya ötürür, bəzi sualları cavablandırmaq üçün məhz şəkil üzərindəki məlumatlara ehtiyac var. Şagirdlərimiz belə tapşırıqlarda diqqətli olmalı, mütləq şəklə də istinad etməlidirlər. 4-cü siniflərdə hər mətnə aid 9 qapalı test tapşırığı təqdim olunur. 6-cı siniflərdə isə bədii və verbal qeyri-bədii mətnlər üzrə hər birindən 10, verbal-qrafik (şəkilli) qeyri-bədii mətndə isə 5 qapalı test tapşırığı təqdim olunur.

4-cü sinif şagirdləri sual kitabçalarında heç bir mətnə aid olmayan əlavə 3 tapşırıq da görəcəklər. Bunlar əvvəlki illərdə istifadə olunmuş suallardır. Bildiyiniz kimi, bir çox qiymətləndirmələrdə bu üsuldan istifadə olunur və illər üzrə fərqli şagirdlərin eyni tapşırığı necə cavablandırmalarını müqayisə etməyə xidmət edir.

– Müəllimlərə başqa hansı tövsiyələriniz var? 

– Müəllimlərimizdən xahiş edirəm, şagirdlərdə mətnlə düzgün işləmə bacarığını formalaşdırmağa, mətn əsasında verilmiş sualların cavablandırılma texnikasını öyrətməyə çalışsınlar. Mətnə aid sualı mətnsiz cavablandırmaq doğru deyil. Bəzən şagirdlər mətni bir dəfə oxuyaraq yadlarında nə qalıbsa, o qədəri ilə mətni işləyirlər. Bu, yanlışdır. Mətn də suallarla eyni kitabçadadır, şagirdin gözünün önündədir. Hər sualda mətnə yenidən nəzər salmalı, soruşulan məqamla bağlı cavabına əmin olmalıdır.

Sonda Regional Təhsil idarələrindən, məktəb rəhbərlərindən xahişim odur ki, müəllimləri, xüsusilə 4 və 6-cı siniflər üzrə monitorinq fənlərini tədris edən müəllimləri proseslə əlaqədar mümkün qədər məlumatlandırsınlar və monitorinqin çərçivə sənədi ilə tanış olmalarını təmin etsinlər. 

Bütün şagirdlərimizə uğurlar arzu edirəm.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.