Bütün xəbərlər
28 yanvar, 13:47

Uşaqlıq illərinin sadəliyindən ayrılma, yetkinliyə doğru ilk addım…

Yeniyetməlik dövrü insan həyatının ən mürəkkəb və həyəcanlı mərhələlərindən biridir. Bu dövr bir tərəfdən uşaqlıq illərinin sadəliyindən ayrılma, digər tərəfdən isə yetkinliyə doğru ilk addımların atılması ilə müşayiət olunur. Yeniyetmələr öz dünyalarını kəşf edir, şəxsiyyətlərini formalaşdırır və ətrafdakı insanlarla münasibətlərini yenidən qurmağa çalışırlar. Bu proseslər bəzən çətinliklərlə, daxili ziddiyyətlərlə və emosional dalğalanmalarla dolu olur. Onlarla düzgün münasibət qurmaq həm müəllimlər, həm də valideynlər üçün xüsusi diqqət və incə yanaşma tələb edir. 

Yeniyetmələrlə yaşanan çətinliklər bir çox ailə və müəllim üçün tanış mövzudur. “Azərbaycan müəllimi” “Psixoloq deyir ki…” rubrikası çərçivəsində mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyevanın fikirlərini öyrənib.

Həmsöhbətimiz bildirir ki, bu dövrü yaşayan yeniyetmələr kimlik axtarışında olurlar. Onlar kim olduqlarını, dünyadakı yerlərini və məqsədlərini anlamağa çalışırlar. Və bu bəzən onlarda qarışıqlıq və özünə inamsızlıq yarada bilər. Bu dövrdə gənclər daha müstəqil olmaq istəyir, eyni zamanda dəstəyə və anlayışa ehtiyac duyurlar. Müəllimlər və valideynlər onların həyatında həm bələdçi, həm də dəstəkçi rolunu oynayaraq bu balansı qorumağa çalışmalıdırlar.

Psixoloqun sözlərinə görə, bəzən yeniyetmələr valideynlərə, müəllimlərə qarşı üsyankar münasibət göstəririlər. Müstəqillik istəyi bu davranışın səbəbidir. Onlarda həm də duyğu dəyişkənliyi baş verir. 

Zeynəb Əliyeva qeyd edir ki, yeniyetmələrdə təhsil uğurları və gələcək planlarla bağlı stres də onlar üçün akademik təzyiq kimi dəyərləndirilə bilər: “Bu gün xüsusilə yeniyetmələrlə yaşanan ən böyük çətinliklərdən biri də onların texnologiyadan asılılıq məsələsidir. Sosial media və oyunlara həddindən artıq vaxt sərf etmək onların real həyat münasibətlərini zəiflədir və ünsiyyət problemləri yaradır. Valideynlər, eləcə də müəllimlərlə yeniyetmələr arasında əlaqə çatışmazlığı və ya yanlış anlaşmalar olur”.  

Valideyn, ilk növbədə, öz həyat tərzi, davranışı, ünsiyyət tərzi ilə övladına nümunə olmalıdır

Psixoloq deyir ki, valideynlər uşaqlarına dəstək olmalı, onların yaşadıqları çətinliklərə qarşı həssaslıq nümayiş etdirməlidirlər: “Valideynlər övladlarını mühakimə etmədən dinləməyi bacarmalı, duyğularını başa düşməyə çalışaraq problemləri ilə maraqlanmalıdır. Həm sərbəstlik, həm də qaydalar arasında balans yaratmaq olduqca vacibdir. 

Ata-ana elə bir şərait yaratmalıdır ki, yeniyetmə öz məsuliyyətini dərk etsin. Onlara münaqişələrin həlli, dost seçimi və ünsiyyət bacarıqları öyrədilməlidir. Bunun üçün isə valideynlər uşaqlarında sosial bacarıqları inkişaf etdirməlidirlər”.

Psixoloq həmçinin söyləyir ki, valideyn, ilk növbədə, öz həyat tərzi, davranışı, ünsiyyət tərzi ilə övadına nümunə olmalıdır. “Valideyn həm də nə qədər çox uşağı ilə vaxt keçirərsə, onu dinləyərsə problemlərin daha tez həllinə nail olmaq olar”.

Müəllim hər yeniyetmənin unikal olduğunu qəbul etməlidir

Psixoloq yeniyetmələrlə münasibətdə müəllimlərin də valideyn qədər həssas davranmalı olduqlarının vacibliyinə diqqət çəkib:

“Təhsilverənlər hər yeniyetmənin unikal olduğunu qəbul etməli, onları fərdi xüsusiyyətlərinə görə qiymətləndirməlidirlər. Dərsləri yeniyetmələrin maraq dairələrinə uyğun, eyni zamanda interaktiv etmək onların motivasiyasını artırır, oxumağa ruhlandırır. Bundan əlavə müəllimlər yeniyetmələrin potensialını inkişaf etdirmək üçün onları dəstəkləməli və inam hissi yaratmalıdırlar. Sinifdə ədalətli yanaşmanı təmin etmək də olduqca vacib şərtlərdəndir. Belə ki, müəllimlər sinifdəki bütün şagirdlərə eyni münasibət göstərməli, ayrı-seçkiliyə yol verməməlidirlər.

Yeniyetmələrin həyatına müsbət toxunuş etmək, daha parlaq bir gələcək yaratmaq deməkdir

Nəticə olaraq, yeniyetmələrlə münasibət qurarkən əsas məqsəd onların daxili aləmini anlamaq, özlərini ifadə etmələri üçün şərait yaratmaq, sevgi və dəstəklə yanaşmaq olmalıdır. Həm valideynlərin, həm də müəllimlərin yeniyetmələrin həyatında vacib rol oynadığını qeyd edən həmsöhbətimiz onlarda məsuliyyət, səbir və anlayış kimi keyfiyyətlərin vacibliyini önə çəkir:

“Sağlam münasibətlərin qurulması yalnız yeniyetmələrin şəxsi inkişafına deyil, eyni zamanda onların gələcəkdə uğurlu və xoşbəxt fərdlər kimi formalaşmasına töhfə verir. Unutmayaq ki, yeniyetmələr sabahın yetkinləri və cəmiyyətin gələcəyidir. Onların həyatına müsbət toxunuş etmək, daha parlaq bir gələcək yaratmaq deməkdir”.

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.