
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının vaxtı açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi bu barədə paylaşım edib.
Belə ki, 2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 3, 4, 8-10 iyul tarixlərində ölkənin 19 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər