Bütün xəbərlər
13 iyun, 10:29

12 iyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü ilə əlaqədar Naxçıvan şəhərində monitorinqlər keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, monitorinqlər Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri, Naxçıvan Şəhər Polis İdarəsi, habelə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

Uşaq əməyindən istifadə hallarının aşkarlanması məqsədilə Naxçıvan şəhəri ərazisində yerləşən bir sıra ictimai iaşə obyektlərinə, “Cahan" Ticarət Mərkəzinə və “Mərkəzi bazar”a baxış keçirilib.

Eyni zamanda, maarifləndirmə məqsədilə hazırlanmış təbliğat vərəqələri, broşürlər könüllülərin iştirakı ilə vətəndaşlara paylanılıb, uşaq əməyinin zərərləri və qarşısının alınması ilə bağlı məlumatlandırma aparılıb.

Monitorinq zamanı “Cahan" Ticarət Mərkəzi ərazisində əmək fəaliyyətinə cəlb olunmuş 4 uşaq aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, həmin uşaqların yaşayış və təhsil ünvanları Naxçıvan şəhərinin inzibati ərazisinə daxil deyil. Bu səbəbdən müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yazılı şəkildə məlumat təqdim olunub.
Bu kimi tədbirlər uşaq hüquqlarının müdafiəsi və uşaq əməyinin qarşısının alınması istiqamətində görülən işlərin davamı olaraq həyata keçirilir.

Qeyd edək ki, monitorinqlər komissiya tərəfindən mütəmadi olaraq təşkil olunur.

1 /3

Şərhlər

Xəbər lenti

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

15 iyul, 09:27

ADNSU tələbəsi beynəlxalq uğura imza atıb

15 iyul, 09:20

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

15 iyul, 09:18

ADNSU tələbələri Oksford Universitetində yay məktəbinə seçiliblər

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.