
"Bu günə qədər təhsil tələbə krediti almış və məzun olmuş ümumi tələbə sayı 9000-ə yaxındır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "LinkedIn" hesabında paylaşım edib.
O bildirib ki, geri ödəmə dövrü başlamayan məzunlar isə hazırda ilkin müqavilə şərtlərinə və qaydaya uyğun olaraq güzəşt, onlardan bəziləri isə möhlət dövründədir.
Nazir müavini həmçinin qeyd edib ki, “Biznesin idarə edilməsi” ixtisası üzrə məzunların 85%-i, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” üzrə 52%-i, “İqtisadiyyat” ixtisası üzrə isə 75%-i işlə təmin olunub. Bu rəqəmlər göstərir ki, dövlətin təhsilə dəstəyi ilə formalaşan gənclər əmək bazarına uğurla inteqrasiya olunurlar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər