Bütün xəbərlər
10 iyun, 15:29

Rumıniyanın “Dunarea de Jos” Galati Universitetinin nümayəndə heyəti Lənkəran Dövlət Universitetinə (LDU) səfər edib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş 3-5 dekabr 2024-cü il tarixlərində Rumıniyanın “Dunarea de Jos” Galati Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında imzalanmış ikili əməkdaşlığa dair müqavilə çərçivəsində reallaşıb.

Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov “Dunarea de Jos” Galati Universitetin prorektoru, prof. Artur Viorel Tuluşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qonaq universitetin fakültə dekanlarından dos. Karmelia Mariana Draqomir Balanika, dos. Kristian Vasile Dima, müəllim Qabriela-Alina Sioromele, universitetin rabitə, təşviqat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elena Bujor iştirak ediblər. LDU-nun rektoru, prof. Natiq İbrahimov qonaqlara təmsil etdiyi universitetin təhsil uğurları, maddi-texniki bazanın yenilənməsi istiqamətində son illərdə görülən işlər, təhsilin modernləşdirilməsi sahəsində həyata keçirilən layihələr, qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib, söhbət əsnasında onları maraqlandıran məsələlərə aydınlıq gətirib. Görüşdə universitetlər arasında birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, ikili diplom proqramlarının tətbiqi, həmçinin tələbə və müəllim mübadiləsi proqramlarının təşkili məsələləri müzakirə olunub, gələcəkdə birgə elmi konfransların təşkili vacib sayılıb, ali təhsil müəssisələrinin elmi jurnallarının ortaq nəşrlərin mümkünlüyü məsələsindən danışılıb.

Söhbət əsnasında görüş iştirakçıları qarşılıqlı səfərləri LDU ilə Qalati Universiteti arasında akademik və elmi sahələrdə davamlı və səmərəli əməkdaşlığın qurulması istiqamətində atılmış mühüm addım kimi dəyərləndiriblər. Tərəflər arasında gələcəkdə daha konkret təhsil layihələrinin icrası üçün müvafiq razılığa gəlinib.

Görüşdən sonra Rumıniyanın “Dunarea de Jos” Galati Universitetin nümayəndə heyətinə LDU ilə əyani tanışlıq imkanı yaradılıb. Qonaqlar universitetin I və II saylı tədris korpuslarını gəzərək imtahanların gedişini və yoxlama prosesini izləyiblər.

Səfər proqramına Lənkəranın aqrar yönümlü elmi-tədqiqat müəssisələri, tarixi və mənzərəli yerləri ilə tanışlıq da daxildir.

1 /3

Şərhlər

Xəbər lenti

1 iyul, 21:00

50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

1 iyul, 18:52

Xorvatiyada təhsil və bacarıqlar

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.