Bütün xəbərlər
13 may, 20:55

Mayın 13-də Macarıstan Milli Assambleyasının sədr müavini, yazıçı Şandor Lejak Naxçıvan Dövlət Universitetində qonaq olub. İki günlük səfər çərçivəsində ilk olaraq universitetin Elmi Kitabxanasında yazıçının kitablarının təqdimatı keçirilib.

NDU-nun mətbuat xidmətindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tədbirdə Macarıstanın ölkəmizdəki səfiri, Con fon Neyman Universitetinin və TÜRKSOY-un rəhbərliyi və kollektivi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti,  millət vəkilləri, yazıçılar, Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, Azərbaycan və Macarıstan dost ölkələrdir. Ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı etimada və dəstəyə əsaslanan diplomatik münasibətlər var və təhsildə də fəal əməkdaşlıq mövcuddur. Bu xüsusda rektor görüşün mahiyyətinə diqqət çəkib, Şandor Lejakın universitetə gəlişini olduqca əhəmiyyətli və çoxdan gözlənilən əlamətdar görüş adlandırıb. Belə nüfuzlu qonaqları qarşılamağın böyük məsuliyyət və şərəf olduğunu qeyd edən rektor Elbrus İsayev ötən il Macarıstana səfəri çərçivəsində Şandor Lejakın dəstəyi və təşəbbüsü ilə Con fon Neyman Universiteti ilə NDU arasında ikili diplom müqaviləsinin imzalanamasını xatırladıb və  bugünkü görüşdə iştirakına görə təşəkkürünü bildirib. 

Xatırladıb ki, müqaviləyə əsasən sentyabrdan etibarən “Kompüter mühəndisliyi” (tədrisi ingilis dilində) ixtisası üzrə ikili diplom üçün qəbul aparılır. Bu ixtisası seçən tələbələr təhsillərinin bir hissəsini Con fon Neyman Universitetində tamamlayır və hər iki ölkənin müvafiq ixtisası üzrə diplom alırlar.

Rektor dünyamiqyaslı yazıçı Şandor Lejakın ali təhsil müəssisəsində kitablarının təqdimatının keçirilməsini mühüm hadisə olaraq dəyərləndirib. Onun xüsusilə mənsub olduğu millətin ədəbi düşüncəsinə, fikir və söz xəzinəsinə özünəməxsus təsiri və imzası olduğunu vurğulayıb və əsərlərinin universitetin kitabxana fonduna töhfə olduğunu əlavə edib. 

NDU-nun Elmi Kitabxanasının direktoru Xumar Məmmədova məruzə ilə çıxış edib. Çıxışında yazıçının həyat və fəaliyyəti barədə geniş məlumat təqdim edib. Qeyd olunub ki, yazıçının kitabları bu gündən universitetin kitabxana fonduna daxil olub və irəlidə bu kitabların hamısının tərcümə olunaraq oxuculara təqdim olunacaq.

TÜRKSOY-un Baş katibi Sultan Raev Türk mədəniyyətinin böyük təbliğatçısı, türk dünyasında xüsusi hörməti olan macar yazıçı Şandor Lejakla bağlı yüksək fikirlər səsləndirib. Macarıstanın təşkilatın fəaliyyətlərində aktiv iştirak etdiyini, tərəflər arasında sıx elmi əlaqələrin mövcud olduğunu qeyd edib. 

Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Nağıqızı və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış ediblər. Natiqlər dünyamiqyaslı yazıçının kitablarının təqdimatında yer almaqdan  məmnunluq ifadə edib, Şandor Lejakla görüşü yaddaqalan hadisə adlandırıblar. 

Macarıstan Milli Assambleyasının sədr müavini, dünyaşöhrətli yazıçı Şandor Lejak səmimi qarşılanmaya, qonaqpərvərliyə və xoş sözlərə görə təşəkkürünü çatdırıb. Azərbaycan və Macarsıtan arasında bütün sahələrdə fəal əməkdaşlıqlar olduğunu və inkişaf etdiyini söyləyib. Həyat və fəaliyyətinə dair xüsusi xatirələri tədbir iştirakçıları ilə bölüşüb.

Sonra Elmi Kitabxanada Şandor Lejakın kitablarının və Türk dünyasının ədəbiyyat nümunələrinin yer aldığı sərgiyə baxış olub. TÜRKSOY-un baş katib Sultan Raev universitetin Elmi Kitabxanasına kitablar hədiyyə edib.

1 /11

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.