
Regionlarda innovasiyanın inkişafına təkan verən “İnnostart” layihəsinin qalib startapları bəlli olub.
NDU-nun mətbuat xidmətindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və "SUP VC" şirkətinin təşkilatçılığı ilə Azərbaycanın regionlarında da keçirilən “İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub.
Layihənin icrası çərçivəsində 2024-cü ilin oktyabr ayından etibarən Naxçıvan Dövlət Universitetinin yaxından dəstəyi ilə Muxtar Respublikada iki dəfə hakaton təşkil olunub. Hakatonların yekununda seçilən qalib komandalar üçün investisiya imkanları yaradılıb, eyni zamanda onların “Grand Final” mərhələsinə hazırlıqları məqsədilə 3 aylıq təlim proqramları keçirilib. Təlimlərdə öz sahəsində peşəkar və tanınmış mentorlar iştirak edərək komandaların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə veriblər.
20 avqust 2025-ci il tarixində isə Bakı şəhərində keçirilən “İnnostart” Grand Final tədbirində Naxçıvan Dövlət Universitetinin tələbələrindən ibarət dörd komanda ölkənin müxtəlif ali təhsil müəssisələrinin komandaları ilə birlikdə final mərhələsində mübarizə aparıb.
Layihə çərçivəsində finala yüksələn 17 startap arasından “Backlify“, “SaleX“, “Specdeaf“, “İmYen“ startapları ümumi dəyəri 50 min manat olan mükafat fonduna layiq görülüblər. Belə ki, final mərhələsində NDU-nun startapçıları “İnnostart” Grand Finalda böyük uğura imza atıblar. Ümumilikdə 4 komanda qalib gəlib ki, onların ikisi NDU-nu təmsil edən komandalar olub. IMYEN və Specdeaf komandalarının hər biri 12 500 manat investisiya dəyərində mükafat qazanıblar. Qalib komandalar "Türkiyənin Bilişim Vadisində inkubasiya proqramı”nda iştirak etmək hüququ əldə ediblər.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər