
“Kolleclərin fəaliyyətində sistem dəyişikliyi zəruridir”.
Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova ASAN TV-də yayımlanan "QəbuldASAN" verilişində çıxışı zamanı bildirib.
Ülkər Səttarova tədris prosesində hələ də açıq qalan məsələlərin mövcud olduğunu deyib: “Orta ixtisas təhsil müəssisələrinin tədrisində həm ixtisas fənləri, həm də ümumtəhsil fənləri yer alır. Bildiyiniz kimi, bu müəssisələrə 9-cu sinif bazasından qəbul da həyata keçirilir. Prosesi izlədikdə görürük ki, bu sahəyə nazirlik səviyyəsində daha çox diqqətin yönəldilməsinə ciddi ehtiyac var”.
Agentlik rəhbəri əlavə edib ki, son bir il ərzində bu sahədə müəyyən yeniliklər həyata keçirilib: “Orta ixtisas təhsili müəssisələrinə yeni rəhbərlər təyin olunub. Onların əksəriyyəti aparıcı ali təhsil müəssisələrinin ikili diplom proqramlarının məzunları və xaricdə təhsil almış şəxslərdir. Düşünürük ki, bu kadrların idarəetməyə cəlbi öz müsbət təsirini göstərəcək”.
Ülkər Səttarova qeyd edib ki, yalnız kadr yenilənməsi ilə kifayətlənmək olmaz. Bu sahədə həm sistemli islahatlara, həm də qanunvericilikdə dəyişiklik və əlavələrə ehtiyac var. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər