Bütün xəbərlər
10 aprel, 14:40

“Azərbaycan müəllimi”nin budəfəki qəhrəmanları istər idman sahəsində, istərsə də orta məktəb dərslərində uğurlu olan Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin taekvondo bölməsinin idmançıları Yusif Nağızadə və Fidan Muxtarzadədir. 

Onlar yerli və beynəlxalq idman yarışlarında ölkəmizi layiqincə təmsil edən məktəblilərdir. Söhbətimiz zamanı bu yaxınlarda beynəlxlq turnirdən qayıdan idmançılarımızın həyəcanı hələ də hiss olunurdu. 

"Bu yarış mənim üçün çox vacib idi. Finalda danimarkalı rəqibimə qalib gəlmək böyük motivasiya oldu. Həm fiziki, həm də psixoloji cəhətdən çox hazırlaşmışdım", – deyə Yusif Nağıyev Niderlandın Eyndhoven şəhərində taekvondo üzrə keçirilən 52-ci açıq "DUTCH OPEN" beynəlxalq turnirindən bəhs edir. O, çempionluğa aparan yolun səbir və intizamdan keçdiyini vurğulayır.

Fidan Muxtarzadə isə Belçikanın Brüssel şəhərində keçirilən taekvondo idman növü üzrə “G1 BELGİAN OPEN” beynəlxalq turnirindəki yarışın ən çətin məqamlarından danışır: "”Fujairah Open”də rəqibimə qarşı mübarizə aparmaq çox çətin oldu. Sonda gümüş medal qazandım. Amma bu məni daha da gücləndirdi. İdmanda əsas məsələ təslim olmamaqdır". 

Taekvondo həm də xarakter formalaşdıran idman növüdür

“Taekvondo yalnız idman növü deyil, həm də dözümlülük, intizam və inamın sintezidir. Bu idman növü insanın fiziki və psixoloji gücünü artıraraq, onu daha iradəli və məqsədyönlü edir”. Bu fikirləri isə idmançılarımızın baş məşqçisi, eyni zamanda, Yusif Nağızadənin atası Şahmar Nağıyev deyir. O, taekvondonun nəinki fiziki döyüş, həm də xarakter formalaşdıran idman növü olduğunu qeyd edir. "İdmanda nizam-intizam hər şeydən vacibdir. İdmançılar çox əziyyət çəksələr də, zəhmətləri boşa getmir", – deyə o əlavə edir. 

“Məktəb kitablarımı məşqlərə aparıb asudə vaxtlarımda dərslərimlə məşğul oluram”

Yusif Nağızadənin 13 yaşı var. O, həm də yaşıdları arasında taekvondo üzrə ölkə birincisi olub. Gələcək peşəsini hələ seçməsə də, təhsil almağın vacib olduğunu bilir. Ona görə də məktəb və idmanı bir arada balanslı saxlamaq Yusifə çətin gəlmir: “Yığma komanda ilə təlimlərdə olduğumuz zaman bəzən 2 həftə, bəzən də 20 gün   komplekslərdə qalır və gündə iki dəfə məşq edirik. Buna baxmayaraq, məktəb kitablarımı özümlə aparıb asudə vaxtlarımda dərslərimlə məşğul oluram. Çünki təhsil olmadan idmanda da irəliləmək çətindir”. 

Yusif əlavə edir ki, rus və ingilis dillərini bilmə xarici ölkələrdə yarışdıqları zaman idmançılara çox kömək edir. “Təhsil və idman mütləq bir arada olmalıdır”, - deyən məktəbli idmanla təhsilin bağlılığının vacibliyini xüsusi vurğulayır.

Yusifə görə, medal qazanmaq uğura gedən yol deməkdir: “O mənə Azərbaycanımızı tanıtmaq, bayrağımızı yüksəltmək şərəfini qazandırır”. 
Hər qələbəsində isə məşqçisi və atası Şahmar müəllimlə telefon əlaqəsi saxlayır, sevincini onunla bölüşür. 

Yusif deyir ki, bir idmançının uğuru, ilk növbədə, onun ailəsindən, məşqçisindən və özündən asılıdır. Bu üçlük birlikdə işləyərsə, yəni istək və məqsəd olarsa, uğura gedən yollar idmançılar üçün hər zaman açıq olacaq.

Atadan oğula keçən güc

Şahmar Nağıyev deyir ki, oğlu Yusifin nəticələri - həm məşqçi kimi çəkdiyi əziyyətlərin bəhrəsini görmək, həm də ata kimi övladının uğurunu yaşamaq onu ikiqat sevindirir. Buna baxmayaraq o, məşq zamanı ata-övlad münasibətlərini yaddan çıxardığını deyir: “Məşqlər zamanı tələbələrimə necə yanaşıramsa, Yusifə də eyni şəkildə yanaşıram. İdman zalı başqa davranış tələb edir, ev isə tamam fərqli”. 

Şahmar müəllimin indiyədək yetişdirdiyi idmançılar dünya arenasında üçrəngli bayrağımızı ən yüksək kürsülərdən dalğalandırıblar: “Onlardan bəzilərinin adlarını çəkə bilərəm. Eldar Qurbanov dünya mükafatçısı, Avropa çempionu, beynəlxalq yarış və turnirlərin qalibi, dəfələrlə Azərbaycan çempionu, Elnur Mehrəmmov ikiqat Avropa mükafatçısı, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı, dəfələrlə Azərbaycan çempionu, Sahib Xasıyev parataekvondoda Avropa mükafatçısı, respublika çempionu və beynəlxalq yarışların qalibi, Elşən Nağıyev beynəlxalq yarışların qalibi, dünya və Avropa çempionatlarının iştirakçısı, respublika çempionudur”. 

Məşqçi-müəllim deyir ki, taekvondo idmançısı yetişdirmək üçün vacib keyfiyyətlər çoxdur. Bunun üçün hündür boyun olması vacibdir. Sonra isə bədən quruluşu, ayaqların elastikliyi və digər amillər gəlir. Ən vacibi isə idmançının psixoloji vəziyyətidir. Çünki nəticənin yaxşı olması idmançının psixoloji durumundan asılıdır: “Psixoloji hazırlıq idmançı yeni məşqlərə başlayanda formalaşmalıdır ki, o, böyüyüb tam yetişəndə artıq gec olmasın”. 
Şahmar müəllimin sözlərinə görə, taekvondoda uğur qazanmaq üçün əsas şərt məşq və yenə də məşqdir.

“Polis olmaq mənim ən böyük arzumdur”

12 yaşlı Fidan Muxtarzadə taekvondo üzrə respublika ikincisisi və Belçika Krallığında keçirilən “G1 BELGİAN OPEN” beynəlxalq turnirinin üçüncüsüdür. 


Lap kiçik yaşlarından idmana həvəs göstərən Fidan 3 ildir ki, takevandonun fəndlərini dərindən öyrənir: “Bu idman növündə texnika və güc – hər ikisi birlikdə olmalıdır. Ən əsası, nizam-intizam və özünəinam olmalıdır. Taekvondo insanda özünəinam, güvən yaradır və ona nizam-intizam öyrədir”. Fidan deyir ki, onun ən böyük dəstəkçiləri ailəsidir, amma uğur qazanmasında ən böyük rolu məşqçiləri Elmar Nağıyev və Elvira Nəsirova oynayır. 

Hazırda milli komandanın üzvü olan idmançı yarışlarla əlaqədar müəyyən vaxt dərslərdən uzaq qalsa da, məktəbdə də yaxşı oxuduğunu söyləyir: “Hazırda seçimimi etdiyim yerdəyəm. Gələcəkdə polis olmaq istəyirəm. Ona görə də hər zaman dərslərimə qaldığım yerdən davam etməyə çalışıram”. 

Taekvondo yalnız idman növü deyil, həm də dözümlülük, intizam və inamın sintezidir. Məktəbli idmançılara bu uzun və sərt yolda böyük səbir və iradə arzulayırıq!

Şərhlər

Xəbər lenti

18 aprel, 12:48

Sabahın hava proqnozu açıqlanıb

18 aprel, 12:30

Elçin Yusubov: Şagirdlərimiz azad olunmuş ərazilərdə müasir məktəblərdə təhsil alırlar

18 aprel, 12:26

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

18 aprel, 12:23

Ən çox bu universitetlərin məzunları “Yüksəliş”də iştirak edirlər

18 aprel, 12:16

Uşaq İncəsənət Festivalının birinci seçim turu başlayır

18 aprel, 12:14

V “Yüksəliş” müsabiqəsində 106 nəfər 21 yaşlı gənc iştirak edəcək 

18 aprel, 12:13

Bu il “Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçənlər rekord həddə olub

18 aprel, 12:10

Misirdə təhsil islahatına yapon dəstəyi: Tokkatsu modeli nədir?

18 aprel, 12:03

ADPU-nun prorektoru: “Hədəf 2030-cu ilədək qəbulun 30%-nin digər ixtisaslara yönəldilməsidir” – MÜSAHİBƏ

18 aprel, 11:34

BDU Özbəkistanın Turon Universiteti ilə əməkdaşlıq edəcək

18 aprel, 11:33

Təhsil işçiləri arasında şahmat turniri keçirilir

18 aprel, 11:32

Şahin Bayramov: Qısamüddətli təhsil proqramları üzərində işləyirik

18 aprel, 11:27

“Planlı çalışma və düzgün vaxt bölgüsü” – astaralı şagirdin uğur formulu

18 aprel, 11:24

“Anamın üzünün gülməsi uğur qazanmaqdan qat-qat dəyərli hissdir”

18 aprel, 11:16

Gənclər və İdman Nazirliyi ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb

18 aprel, 10:20

Təhsil ixtisasları qrupu üzrə İşçi qrupun üçüncü iclası keçirilib

18 aprel, 10:03

“Ən böyük motivasiyam anamın mənim üçün keçirdiyi həyəcan olub”

18 aprel, 09:59

AzMİU-da “Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi” laboratoriyası fəaliyyətə başlayıb

18 aprel, 09:47

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ!

18 aprel, 09:45

Mədəniyyət və incəsənət sahəsində süni intellektin tətbiqi məsələləri müzakirə olunur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.