Yanvarın 10-dan etibarən 2024/2025-ci tədris ilinin ikinci yarımili üzrə peşə təhsil pilləsində təhsilin bərpası prosesinə start verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər. Müraciət üçün son tarix 17 yanvar, saat 18:00-dir.
Təhsil müəssisəsinə bərpa olunan şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər. Bu qayda müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alan şəxslərə şamil olunmur. Təhsil haqqı tədris olunan ixtisas üzrə təyin edilmiş məbləğdə ödənilməlidir.
Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər.
Qaydalarla ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)