Bütün xəbərlər
21 iyul, 12:47

Peşə təhsili müəssisələrinə 2025/2026-ci tədris ili üzrə tələbə qəbulu prosesinin başlaması ilə bağlı media nümayəndələri üçün brifinq təşkil edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, ilk olaraq media nümayəndələrinə peşə təhsilindəki islahatlar, ümumi vəziyyət və cari ildə görüləcək işlərlə bağlı məlumat verilib. Bildirilib ki, peşə təhsilinin inkişafı ilə bağlı atılan addımlar öz müsbət təsirini həm tədrisin keyfiyyətində, həm də maddi-texniki bazanın müasirləşməsində göstərir.

Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov cari tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu qaydaları və şərtləri, mövcud ixtisaslar və yeniliklər barədə məlumat verib. Agentlik rəhbəri qeyd edib ki, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulunun 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla, 32 620 plan yeri üzrə aparılacaq, ayrılan plan yerlərində ötən ilki rəqəmlərlə müqayisədə 5.4% faiz artım var.

Bildirib ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 000-i ötür. Həmçinin cari ildə qəbul planına 10 yeni ixtisas əlavə edilib.

Peşə təhsili almaq istəyən şəxslər 22 iyul – 11 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Şərhlər

Xəbər lenti

3 sentyabr, 18:11

DİM imtahan nəticəsini AÇIQLADI

3 sentyabr, 17:20

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğurla çıxış ediblər

3 sentyabr, 17:20

Naxçıvanda qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib

3 sentyabr, 17:15

Nazir: Naxçıvan və Şahbuzun məzunları ilk beşlikdə yer alıblar

3 sentyabr, 17:13

İlk proqramçının izi ilə: Ramin Mahmudzadəyə həsr olunan final mərasimi keçirilib

3 sentyabr, 17:05

Fuad Nəcəfli: "Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”

3 sentyabr, 16:47

Rektor: “Dissertasiyalarda süni intellektdən istifadənin qarşısını almaq üçün səylər göstərilir”

3 sentyabr, 16:30

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

3 sentyabr, 16:26

Sentyabr konfransı: Təhsilin keyfiyyəti təhlil edildi, yeni yol xəritəsi cızıldı

3 sentyabr, 16:10

MDU-ya 116 yeni müəllim işə götürülüb

3 sentyabr, 15:54

Xırdalanda şagird sayı çoxalır, Xızıda azalır – Məsələ sentyabr konfransında gündəmə gətirildi

3 sentyabr, 15:31

Xırdalanın 3 məktəbinə şagird yerdəyişməsi dayandırılıb

3 sentyabr, 15:27

Samuxda məktəb kollektivi vahid geyim formasına keçir

3 sentyabr, 14:37

İlk dəfə BANM-də bonus sistemi tətbiq olunacaq

3 sentyabr, 14:34

Məktəblilər üçün yeni intellektual yarışlar start götürür

3 sentyabr, 13:54

“Bebras” müqabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

3 sentyabr, 13:09

“Universitetlər dəyişikliklərin lokomotivi ola bilər” – Qərib Mürşüdov

3 sentyabr, 12:46

Bağça müdiri nöqsanlara görə işdən çıxarıldı

3 sentyabr, 12:46

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

3 sentyabr, 12:31

Bu kolleclərə yeni təyinatlar oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.