Bütün xəbərlər
3 iyun, 09:35

2025-ci il aprelin 16-dan başlayaraq ölkə üzrə həyata keçirilən qiymətləndirmə tədqiqatına ümumilikdə 241 məktəbdən 7427 şagird cəlb edilib. 

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, şagirdlər qiymətləndirmə çərçivəsində həm 2 hissədən ibarət koqnitiv test mərhələsində, həm də şagird sorğusunda iştirak ediblər. Şagirdlərlə yanaşı, seçilmiş 241 məktəbin rəhbərləri də məktəb sorğusunda iştirak ediblər. Bu sorğunun məqsədi idarəetmə, resurslar və tədris mühitinin şagird nailiyyətlərinə təsirini müəyyənləşdirməkdir.

Bu il PISA 2025 tədqiqatının ən önəmli yeniliklərindən biri ilk dəfə olaraq qiymətləndirmənin ölkə üzrə bütün regionlarda tam kompüter əsaslı həyata keçirilməsidir. Bu həm qiymətləndirmə prosesində yüksək dəqiqlik və şəffaflığı təmin edir, həm də müasir texnologiyaların təhsil sisteminə inteqrasiyasını sürətləndirir.

PISA (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) dünyada 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə real həyatda əldə etdikləri bilik və bacarıqları qiymətləndirən ən nüfuzlu təhsil tədqiqatlarından biridir.

Qiymətləndirmənin əsas məqsədi şagirdlərin bilikləri sadəcə məktəbdə öyrənmə səviyyəsində deyil, real həyat şəraitində tətbiqetmə qabiliyyətini müəyyənləşdirməkdir. Nəticələr ölkələrin təhsil sistemlərinin güclü və zəif tərəflərini aşkar etməyə, eləcə də təhsil siyasətində səmərəli islahatların aparılmasına imkan yaradır.

Qeyd edək ki, PISA 2025 tədqiqatının beynəlxalq səviyyədə toplanmış nəticələri 2026-cı ildə açıqlanacaq.

1 /2

Şərhlər

Xəbər lenti

4 iyun, 19:10

İki qızıl, iki gümüş: Gülayın ədəbiyyatdakı yüksəlişi 

4 iyun, 17:54

Biləsuvar Təhsil Kompleksində Kembric kurikulumunun tətbiqinə başlanılır

4 iyun, 17:29

Qarabağ Universitetində yaz imtahan sessiyası başlayıb

4 iyun, 17:10

Rəqslə böyüyən istedad – 14 yaşlı Sinayın uğur hekayəsi

4 iyun, 17:09

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

4 iyun, 16:59

“Çəkişmə” hüquq müsabiqəsi yekunlaşıb

4 iyun, 16:36

“Azərbaycanın təhsil imkanları valideynlərimin diqqətini çəkdi” Əlcəzairli tələbə

4 iyun, 16:23

I siniflərin sərbəst qaydada məktəb və müəllim seçimi başlayır

4 iyun, 16:02

İngilis dili müəllimi olmaq istəyənlər üçün MİQ mövzuları

4 iyun, 16:00

Rezidenturaya qəbul imtahanının II cəhdinə qeydiyyat başlayır

4 iyun, 15:58

4 fənnə görə xüsusi seçildi - Kənd məktəbinin böyük uğuru  

4 iyun, 15:45

ADU-da doktorantura təhsilinin təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib

4 iyun, 15:19

Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda dərc olunub

4 iyun, 15:17

Zəngilanda məktəblilər arasında idman yarışları keçirilib

4 iyun, 15:14

Gürcüstanın elm, təhsil və gənclər naziri Bakıda konfransda iştirak edəcək

4 iyun, 15:06

AzMİU-da 2025-2026-cı tədris ili üçün qəbul planı artırılıb

4 iyun, 15:04

ADPU-nun rektoru imtahanların gedişi ilə tanış olub

4 iyun, 15:01

İş və istirahət günlərinin yerləri dəyişdirilib

4 iyun, 14:41

Pulpərəst məktəb direktoru – Qəzetin arxivindən

4 iyun, 13:56

Atatürkün şəxsən təbrik etdiyi azərbaycanlı qadın – Öz maaşını kasıb tələbələrə paylayırdı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.