Bütün xəbərlər
26 fevral, 10:22

Qış gələndən həsrətlə gözlədiyimiz qar yağıb. Xocalıda məktəbin pəncərəsi önündə bir xanım dayanıb. Qarlı havadan zövq alan, önünə gələnləri "qartopu atəşinə" tutan şagirdlərə baxdıqca gülümsəyir. Yox, o, gözlərini bir nöqtəyə zilləyib. Fikri, düşüncəsi ta 33 il əvvələ – sevdiklərini itirdiyi, ağrılı günlərin başladığı Xocalı faciəsinə qayıdıb.

O müəllim bir vaxtlar yaşadığı torpaqlardan məcburi çıxarılan, ermənilərin törətdiyi soyqırımında yaxınlarını itirən Ruhiyyə İmanlıdır.

Hazırda Xocalıdakı 1 nömrəli tam orta məktəbin müəllimi işləyən Ruhiyyə İmanlı əslən də bu rayondandır. Burada doğulub, ömrünün şirin, qayğısız günləri bu gözəl diyarda keçib. 

"Ailədə 3 uşaq idik, böyük uşaq mən olmuşam. Xocalıdan çıxanda 15 yaşım var idi. Vəziyyət qarışanda atam bizi kənddən vertolyotla çıxarmışdı. Təəssüflər olsun ki, bundan sonra şəhərin vertolyotla da əlaqəsi kəsilmişdi. Atam, anam və digər yaxınlarım orada qalmışdılar. Yaşımın elə vaxtı idi ki, hər şeyi dərk edirdim. Bəlkə buna görə də ağrı-acıları daha çox hiss elədim...

Bu dəhşətli faciədə dünyalar qədər sevdiyim insanları - atamı, babamı itirdim. Heç cür qəbul edə bilmirdim. Ətrafıma baxırdım. Mənlə eyni yaşda olub, eyni taleyi yaşayan onlarla uşaq vardı. Birinin atası, digərinin anası, bəzilərinin isə hər iki valideyni faciənin qurbanı olmuşdu".

Anam 12 gün meşədə qalmışdı

Ruhiyyə xanım gözünü baxdığı yerdən ayırmır. Səsini taraz saxlamağa çalışır. Doluxsunur, yenidən sözünə davam edir. 

"O dəhşətli günlərdə anam da meşədən ən gec çıxanların arasında idi. Düz 12 gününü meşədə keçirmişdi. Nəhayət, martın 8-də birləşmişdik. Bayram günü anam sanki mənə yenidən hədiyyə olunmuşdu. Anam Bakı şəhərində xəstəxanalardan birinə yerləşdirildi. Müalicəsi 3 ay davam etdi. Həmin zaman kəsiyində Bakıdakı “Qızılqum” sanatoriyasında məskunlaşdıq. Pirşağıda yerləşən məktəblərdən birində təhsilimizi davam etdirdik".

Şagirdi olduğum məktəbdə müəllim kimi fəaliyyətə başladım

Bayaqdan sakit saxlamağa çalışdığı səsi titrəyir. Qarı işarə edərək: "Neçə gündür oğlum deyir ki, ana, niyə qar yağmır? Axı Xocalıya hər zaman qar yağdığını deyirdilər. Dedim gözlə, zamanı var. Bayaq bir az həyətdə durdum. Bir anlıq soyuq olduğunu fikrləşdim, amma  o şaxtalı gecədə meşələrdən keçib gedən Xocalı camaatı bunu necə bacardı?! Bəzən düşünürəm ki, “hava soyuq, şaxtalıdır” deməyə haqqımız yoxdur".

Danışır, danışdıqca gözünü baxdığı nöqtədən ayırmır. “Nə var axı orada?”, – deyə düşünürəm. 

Davam edir: "O zamanlar dövlətimiz 1 milyondan çox məcburi köçkün və qaçqına öz isti qucağını açdı. Eləcə də Naftalan camaatı biz xocalılara. Ölkə olaraq ağır günlərdən keçirdik və həmin günlərdə hər kəs bir-birinə dəstək oldu. Naftalan şəhərində məskunlaşdıq. Burada məskunlaşmağı anam da çox istəyirdi. “Yurddan ayrı düşmüşük, camaatdan ayrı olmayaq” deyirdi. Beləcə, mən də burada fəaliyyətə başlayan Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə təhsil almağa başladım. Məzun olduqdan sonra Gəncə Dövlət Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul oldum. Universiteti bitirib şagirdi olduğum məktəbdə müəllim kimi fəaliyyətə başladım. 27 ildir ki, bu məktəbdə müəllimlik fəaliyyətimi davam etdirirəm". 

“Arzum gerçək olmuşdu”

O, danışdıqca üz ifadəsi dəyişirdi. Bəzən gülümsəyir, bəzən gözlərini bir nöqtəyə zilləyib dayanırdı. 

"Baxın, evlərimizin olduğu əraziyə baxıram, o meşəlik olan tərəfə. Beynimdən elə fikirlər keçir, gözümün önündə elə anlar canlanır ki, onları sözlə ifadə etmək çətindir!”.

Söhbət zamanı gözlərini ayırmadığı yer, sən demə, evlərinin olduğu məkan imiş.

"Hələ uşaq ikən atam məni “müəllim qızım” deyə oxşayardı. Bir arzum var idi. Bu torpaqlara müəllim kimi geri dönmək. Arzum gerçək olmuşdu. Şagird ikən məcburi çıxarıldığım torpağıma müəllim kimi geri döndüm. Bundan gözəl hiss, duyğu var?! 

Qürur duyacaq dövlətimiz, ordumuz var. Ölkə rəhbərinin güclü siyasəti, qalibiyyət hissini bizə yaşadan oğullar sayəsində bu gün doğma torpaqlarımızda azad nəfəs alırıq. Çox sevinirəm. Qarabağda təhsil bərpa olunur. İnsanlar arzularını gerçəkləşdirirlər. Məhz bu torpaqlarda yeni ailələrin təməli qurulur, yaşlı sakinlər gəncliklərinin keçdiyi məkanları qarış-qarış gəzirlər. Burada təhsil alan balalara, körpə fidanlara dərs demək, onlarla birgə yenidən yaşayıb-yaratmaq sözlərə sığdıra bilmədiyim sevincdir".

"Fevral qısa aydır" cümləsini tez-tez eşidirik. Qısa olsa da, açdığı yara, yaddaşımıza saldığı tarix çox dərindir. Bu, üzərindən illər keçsə belə köhnəlməyən faciədir.

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.