
Qarabağ Universitetinin nümayəndə heyəti İsraildə səfərdə olub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, səfər çərçivəsində Hayfa Universiteti, Reichman Universiteti, Tel-Əviv Universiteti və Bar-İlan Universitetinin akademik heyəti ilə görüşlər keçirilib.
Görüşlərdə tərəflərin araşdırma istiqamətindəki maraqlarına uyğun mövzularda birgə tədqiqat qruplarının formalaşdırılması, akademik və tələbə heyətinin mübadiləsi, bəzi fənnlərin əyani və hibrid formada tədrisi, konfrans və digər elmi tədbirlərdə qarşılıqlı iştirak, eləcə də qabaqcıl təcrübələrin öyrənilməsi kimi məsələlər müzakirə olunub.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər