Bütün xəbərlər
9 iyul, 16:38

7-8 iyul 2025-ci il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən bp Azərbaycan şirkətinin dəstəyi ilə “Sənətin varsa, Sənədin olacaq!” layihəsi çərçivəsində nəzəri və praktiki imtahan keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nə agentlikdən məlumat verilib.

Bildirilib ki, “Qənnadıçı, şirniyyatçı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanı uğurla keçən namizədlər növbəti gün “Honey Cake studio” MMC-nin istehsalat bazasında praktiki imtahan veriblər.  

TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Fuad Mehdizadə, işəgötürən tərəfin nümayəndəsi qismində “Honey Cake studio” MMC-nin  direktoru Gülnar Rəsulova və sahə üzrə müstəqil ekspert qismində təlimçi ekspert Kəminə Əsədova iştirak ediblər.

Adıçəkilən peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri və praktiki imtahanlarda uğurlu nəticə əldə edən 15 namizəd “Qənnadıçı, şirniyyatçı” peşə ixtisası üzrə müvafiq sənədlə təltif olunublar.

Qeyd edək ki, sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Məlumat üçün bildiririk ki, agentlik tərəfindən təqdim edilən diplom və sertifikat Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, sahibinə peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq, eyni zamanda diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ verir.

Şərhlər

Xəbər lenti

9 iyul, 17:18

"Öz üzərində işləyən müəllim uğura çatır" – MİQ iştirakçılarının təəssüratları

9 iyul, 17:15

Coğrafiya fənni üzrə respublika birincisi oldu – 93.75 balla zirvədə

9 iyul, 17:09

Tələbələrin köçürülməsi prosesinə start verilir

9 iyul, 16:55

Gəncədə tarixlə diplomatiyanın görüşü

9 iyul, 16:37

ADPU ilə Türkiyənin Çağ Universiteti əməkdaşlığa başlayıb

9 iyul, 16:14

MİQ-də ictimai nəzarət: İctimaiyyət nümayəndələri imtahan prosesini izləyiblər

9 iyul, 15:53

İzmirdə ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib

9 iyul, 15:40

Zenfira Sevdimalı: MİQ-də şəffaflığın təmin edilməsi bizim üçün prioritetdir

9 iyul, 15:17

MİQ imtahanı ilə bağlı infotur təşkil olunub

9 iyul, 15:05

Ad günündə xəyalını gerçək etdi, MİQ-lə arzusuna çatdı

9 iyul, 13:30

Telefonu deyil, kitabı seçdilər – Yay tətilində belə dincəlirlər – SORĞU 

9 iyul, 13:17

Beşinci “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşdi

9 iyul, 12:49

Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 mindən çox sorğu yerləşdirilib

9 iyul, 12:38

İngilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

9 iyul, 11:29

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti “SİMA” ilə təsdiq edilib

9 iyul, 11:25

“MİQ həm də inkişafa yol açan platformadır” – İmtahanda uğur qazanan kənd müəllimi 

9 iyul, 11:22

"Peşə təhsili və insan kapitalı” jurnalının oxucularla növbəti görüşü

9 iyul, 10:05

UNEC xaric etdiyi tələbələri geri çağırır

9 iyul, 09:54

Yeni təhsil modeli əsasında fəaliyyətə başlayacaq məktəbə müəllim axtarılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.