Bütün xəbərlər
7 aprel, 16:20

“Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinə təqdim edilən layihələrdə tez-tez rast gəldiyimiz yanlışlardan biri layihənin adlandırılması ilə bağlıdır. Bəzən müəllimlər layihəyə uzun və mürəkkəb adlar qoyurlar. Tövsiyə edirik ki, layihə adı qısa, konkret və yadda qalan olsun. Ən əsası, ad onun əsas ideyasını ifadə etsin”.

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Elm və Təhsil Nazirliyi Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib. 

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin təşkili, hazırda davam edən sənəd qəbulu prosesi ilə bağlı məlumat verən sektor müdiri bildirib ki, müsabiqəyə təqdim edilən layihələrin uğur qazanması bir neçə mühüm amildən asılıdır: 

“Təcrübə göstərir ki, layihələrin keyfiyyətini müəyyən edən əsas faktor onun nə dərəcədə real ehtiyacdan doğması, sistemli şəkildə planlaşdırılması və praktiki faydasının aydın olmasıdır. Qrant ayrılan layihələr, əsasən, məktəbdə real ehtiyaclara cavab verən, məqsədi, fəaliyyəti və nəticələri bir-biri ilə əlaqəli olan və bütün mərhələləri düzgün planlaşdırılmış təşəbbüslərdir. Burada təkcə maraqlı bir ideya kifayət etmir. Layihənin uğurlu olması üçün onun konkret problemi necə həll etdiyi, bu həllin necə həyata keçiriləcəyi, hansı nəticələri verəcəyi və nə qədər davamlı olacağı çox önəmlidir”.

Sektor müdiri müəllimlərə olan gözləntilərdən də danışıb: "Müəllimlərdən gözləntilərimiz odur ki, problemi təqdim edərkən onun aktual olub-olmadığını sübut edə bilsinlər. Məsələn, bu problem neçə nəfərə təsir edir, hansı səbəblərdən qaynaqlanır, onu aradan qaldırmaq üçün daha əvvəl hansı cəhdlər olub və bu layihə həmin çərçivədə nəyi fərqli edəcək. Problemin təsviri nə qədər real və əsaslandırılmış olsa, təqdim olunan həll o qədər inandırıcı görünür. Məqsəd və vəzifələr layihənin istiqamətini düzgün müəyyən edir. Burada əsas diqqət edilməli məqam odur ki, məqsəd ümumi istiqaməti, vəzifələr isə bu istiqamətə çatmaq üçün konkret addımları göstərsin. Vəzifələr nə qədər ölçülə bilən, real və vaxt baxımından uyğun olarsa, layihənin nəticə əldə etməsi də bir o qədər mümkün olur”.

Layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlər ümumi və qeyri-müəyyən ifadələrlə deyil, aydın, konkret, mərhələli və məntiqi ardıcıllıqla təqdim olunmalıdır. Hər bir fəaliyyətin icra vaxtı, yeri, müddəti, məsul şəxsi və məqsədlə əlaqəsi dəqiq şəkildə göstərilməlidir. Yəni hər bir fəaliyyət layihənin ümumi məqsədinə necə töhfə verəcəyini əsaslandırmalıdır.

V.Əliyeva əlavə edib ki, layihənin uğurla icrası üçün komandanın təcrübəsi, bacarıqları və ixtisas uyğunluğu xüsusi əhəmiyyət daşıyır: “Layihəni həyata keçirəcək şəxslərin bu sahədəki bilik və təcrübəsi, daha əvvəl oxşar fəaliyyətlərdə iştirakı və ümumilikdə kadr potensialı layihənin icraetmə imkanlarını birbaşa müəyyən edir. Komandanın düzgün seçimi təkcə layihənin uğur şansını artırmır, eyni zamanda, onun etibarlılığını və dayanıqlılığını da gücləndirir. Qeyd etmək yerinə düşər ki, eyni fəaliyyətləri təklif edən layihələr belə, onları icra edəcək komandanın peşəkarlığına, funksional bölgüsünə və təqdim olunmuş tərəfdaşlıq imkanlarının keyfiyyətinə görə qiymətləndirmədə fərqli nəticələr ala bilirlər. Yəni təkcə ideya deyil, onu necə və kiminlə həyata keçirmək istədiyiniz də vacib qiymətləndirmə meyarıdır. Bu səbəbdən müəllimlərə tövsiyə edirik ki, fəaliyyətləri yazarkən real və əsaslandırılmış icra planı təqdim etsinlər, komanda üzvlərinin CV-lərini düzgün və dolğun şəkildə hazırlasınlar və layihənin məqsədinə uyğun güclü tərəfdaşlıqlar qurmağa çalışsınlar”.
 

V.Əliyeva layihənin uğurunda büdcənin də önəmli olduğunu xüsusi vurğulayıb: “Büdcə tərtib olunarkən texniki səhvlər, şişirdilmiş qiymətlər və ümumi ifadələrdən qaçmaq lazımdır. Layihənin xərcləri onun məqsədi və fəaliyyətləri ilə uzlaşmalı, hər bir xərcin izahı və zəruriliyi əsaslandırılmalıdır. Eyni zamanda, idarəetmə xərclərinin ümumi büdcədə nisbəti çox yüksək olmamalıdır. Nəticələrin aydın və ölçülə bilən şəkildə yazılması vacibdir. Layihənin sonunda nə əldə ediləcəyi, bu nəticələrin necə ölçüləcəyi və hansı göstəricilərlə izlənəcəyi konkret şəkildə göstərilməlidir. Bu məqsədlə müəllimlərə nəticələri ölçmək üçün göstəricilər (indikatorlar) müəyyən etməyi və onları izləmək üçün sadə üsullar planlaşdırmağı tövsiyə edirik”.
 

Layihənin davamlılığının əhəmiyyətinə diqqət çəkən sektor müdirinin fikrincə, qrant müddəti bitdikdən sonra fəaliyyətlərin necə davam etdiriləcəyi, əldə olunan nəticələrin necə qorunacağı, bu istiqamətdə nə kimi addımlar atılacağı layihə daxilində izah olunmalıdır: 

“Şəffaflıq və hesabatlılıq məsələsinə də xüsusi diqqət yetirilməlidir. Hər bir layihə öz nəticələri barədə hesabat verə, əhatə etdiyi fəaliyyətləri əsaslandıra bilməlidir. Bu, həm ictimaiyyət qarşısında cavabdehlik, həm də gələcəkdə yeni təşəbbüslərin dəstəklənməsi baxımından vacibdir.Ümumilikdə müəllimlərə tövsiyəmiz odur ki, layihə yazmazdan əvvəl planlı şəkildə düşünərək problemin dərinliyinə varsınlar, təklif etdikləri həll yollarının praktik olub-olmadığını götür-qoy etsinlər, fəaliyyət və nəticələri əvvəlcədən ölçə bilsinlər və hər addımda aydınlıq və sistemlilik prinsipini rəhbər tutsunlar. Bu halda layihələr həm qiymətləndirmə mərhələsində uğur qazanır, həm də icra zamanı real təsir göstərir”.

Şərhlər

Xəbər lenti

8 aprel, 12:37

DİM valideynlərə müraciət etdi: Aldanmayın!

8 aprel, 12:29

"Məktəbli avtobusu" yeni tədris ilindən tətbiq olunacaq

8 aprel, 12:22

Nazir: İbtidai sinif müəllimliyinə qəbul olanların sayı xeyli artıb

8 aprel, 12:20

AzMİU və POLİMİ arasında ikili diplom proqramının tələbələri məzun olublar

8 aprel, 12:01

UNEC-də “Elm Festivalı 2025” keçirilir – FOTOLAR

8 aprel, 11:50

Gələn həftədən meteor yağışı müşahidə olunacaq

8 aprel, 11:43

DİM: Hər şagirdin ümumi işi ən azı 20 müxtəlif marker tərəfindən yoxlanılır

8 aprel, 11:33

Buraxılış imtahanlarının nəticələrinin açıqlanacağı vaxt bəlli oldu 

8 aprel, 11:24

ADNSU-da doktorantların elmi seminarı keçirilib

8 aprel, 11:23

DİM: Markerlər qazandıqları təcrübəni məktəbdə tətbiq edə bilərlər

8 aprel, 11:21

I sinfə müsabiqəsiz qəbul aparacaq liseylərin adları açıqlanıb

8 aprel, 11:15

Nazir: Əsas vəzifələrdən biri elm və təhsil arasındakı uçurumu aradan qaldırmaqdır

8 aprel, 11:05

Nazir: Elmi müəssisələrdə ixtisarlar olmayacaq

8 aprel, 10:43

Bakıda vakant bağça müəllimi yerlərinin siyahısı açıqlandı

8 aprel, 10:31

ADNSU-da Geoloqlar Gününə həsr olunmuş tədbir keçirilib

8 aprel, 10:28

Bağça müdirləri və tərbiyəçi-müəllimlərin yerdəyişməsinə başlanılıb

8 aprel, 10:26

“Azercell Cup 2025” müsabiqəsinin birinci mərhələsi təşkil edilib

8 aprel, 09:30

Gənclərin dünyasında süni zəkanın imkanları müzakirə olunub

8 aprel, 09:26

Naxçıvanda TTKF əməkdaşları ilə görüş keçirilib  

7 aprel, 18:49

Professor Paul Gibbs-in ADA Universitetində mühazirəsi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.