Bütün xəbərlər
11 aprel, 14:43

Respublika Fənn Olimpiadalarında riyaziyyat fənnindən bəzi sualların səhv olduğuna dair yayılan məlumatlara aydınlıq gətirilib.

Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, 23 fevral 2025-ci il tarixində keçirilmiş Respublika Fənn Olimpiadalarında riyaziyyat fənnindən yuxarı yaş qrupu üzrə şagirdlərə təqdim edilmiş 30 tapşırıqdan ikisində yanlışlıq aşkarlanıb, ikisində isə iki doğru cavab qeyd edilib. Bu tapşırıqların hər biri imtahanda iştirak etmiş bütün şagirdlərin lehinə hesablanıb. Həmçinin 4 tapşırıqda baş vermiş yanlışlığın yarada biləcəyi mənfi təsiri kompensasiya etmək üçün əvvəlki illərdən fərqli olaraq, 60 nəfər deyil, 90 nəfər şagirdə finalda iştirak hüququ verilib.

İmtahanda 9 sualda yanlışlığın olduğunu iddia edən şəxs həm informatika, həm də riyaziyyat fənni üzrə yarımfinal turdan finala vəsiqə qazanmayan iştirakçı şagirdlə bağlı müraciət edib. O, bununla bağlı Təhsil İnstitutunda bir neçə dəfə məsul şəxslərin qəbulunda olub və Münsiflər Heyətinin üzvləri ilə görüşüb. Onun rəsmi müraciətinə Münsiflər Heyəti tərəfindən rəsmi cavablar verilib, eləcə də, digər 5 sualla bağlı qaldırdığı iddialara qarşı elmi əsaslandırmalarla sübut edilmiş izahlar təqdim olunub. Şagirdin finalda iştirakı ilə bağlı iddiaçının çoxsaylı müraciətlərinə və digər şagirdlərə tətbiq edilməyən güzəştlərin həmin şagirdə tətbiq olunması ilə bağlı xahişlərinə müsbət cavab verilmədiyi üçün və bu qərar ona rəsmi şəkildə bildirildikdən dərhal sonra ictimaiyyətə yanlış informasiya ötürməyə başlayıb. Baş vermiş texniki xətanı mənfi cavab aldıqdan sonra ictimailəşdirməsi onun qərəzli olduğunu göstərir və təəssüf doğurur.

Respublika Fənn Olimpiadalarında 70 minə yaxın şagird iştirak edir, prosesin şəffaf və obyektiv təşkilində həssaslıq göstərilir və bu cür xətaların təkrarlanmaması üçün tədbirlər görülür.

Azərbaycan Respublikasının Təhsil İnstitutu bir daha bildirir ki, mediada 9 sualın yanlış olması ilə bağlı yayılan məlumatlar əsassızdır.

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da Kembric Resurs Mərkəzi yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.