
İyunun 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeotologiya Xidmətindən “Azərbaycan müəllimi”nə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasınd hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər