
Sertifikasiya imtahanına asan sualların salınmasının məqsədi nə qədər müəllimin bunu bilməsini öyrənmək deyil.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hələ də bu cür sualları bilməyən müəllimlər var:
“Biz istəsək də, istəməsək də suallar asan, orta və çətin olaraq bölünməlidir. Çətin suallar mütləq olmalıdır. Onlar olmasa, ən yaxşıları təyin etmək mümkün olmaz. Bu imtahanlardan sonra biləcəyik ki, kim mentor və metodist ola bilər”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər