Bütün xəbərlər
16 iyul, 13:34

İtaliyanın Kaorle şəhərində iyulun 4-5-də keçirilən U20 Avropa çempionatında sərbəst güləş üzrə ölkəmizi təmsil edən Gəncə Dövlət Universitetinin 3-cü kurs tələbəsi Vasif Bağırov böyük uğura imza atıb. “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası üzrə təhsil alan gənc idmançı çempion olaraq qızıl medala sahib çıxıb. Bu, onun güləş karyerasında sayca dördüncü beynəlxalq medalıdır.

V.Bağırov yarışın əhəmiyyətindən danışaraq qeyd edib ki, bu turnir onun üçün xüsusi olub:

“Bu yarış mənim üçün çox vacib idi. Özümə söz vermişdim ki, bu yarışda mütləq qalib gəlməliyəm. Əziyyətim yerdə qalmadı, şükürlər olsun”, – deyə gənc idmançı sevincini bölüşür.

Final qarşılaşması isə onun üçün olduqca çətin keçib:

“Finalda Gürcüstandan olan rəqibimlə qarşılaşdım. Görüşün ilk saniyələrində qolum əzildi və 6 xal geridə qaldım. Amma qətiyyən ruhdan düşmədim, inandım və qalib gəldim”.

Gərgin yarışa hazırlıq da asan olmayıb. Vasif deyir ki, bu uğurda məşq və rejimin xüsusi rolu var:

“6 təlim-məşq toplanışı keçmişik: 3 fiziki hazırlıq, 3 döşək üzərində məşq. Əlavə olaraq, idmançı üçün rejim çox önəmlidir. Mənim üçün fərqli bir rejim yox idi, sadəcə ona sadiq qalmaq kifayət etdi”.

Tələbə olmaqla yanaşı, peşəkar idmançı kimi çıxış etmək isə xüsusi əzm tələb edir:

“Bəli, bu, çətindir. Amma bu, normaldır. Həm oxumaq, həm idmanla məşğul olmaq asan deyil. Universitetin dəstəyi olmasa, bu, daha da çətin olar.”

2024-cü ildə keçirilən U20 Avropa çempionatının finalında bəzi səhvlər səbəbindən gümüş medalla kifayətlənən Vasif bu dəfə daha hazırlıqlı idi:

“Ötən ilin finalında etdiyim səhvləri bu dəfə düzəltdim. Öz üzərimdə daha çox işlədim və nəticə göz qabağındadır – qələbə!”.

Hazırda o, qarşıdan gələn dünya çempionatına hazırlaşır və məşqlərini tanınmış məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam etdirir:

“Təlim-məşqlər yüksək səviyyədə keçir. Dünya çempionatı çətin olacaq, amma vətənimi layiqincə təmsil edəcəyəm”.

İdmanla maraqlanan gənclərə isə bu sözləri ünvanlayır:

“İdman həm sağlamlıq, həm də gözəl məşğuliyyətdir. Həm qalibiyyət, həm də məğlubiyyət olur. Əsas odur ki, həvəsdən düşməsinlər, səbirli və məqsədyönlü olsunlar”.

Sonda isə idmanın ona qazandırdığı təkcə medallar olmadığını vurğulayır:

“Biz idmançılar gücümüzü döşəmə üzərində göstəririk. Mənim üçün sadə qalmaq əsas prinsipdir. Heç vaxt dalaşqan olmamışam, yalnız məcburiyyət qarşısında qalanda dalaşmışam”.

1 /6

Şərhlər

Xəbər lenti

20 avqust, 17:47

PIRLS tədqiqatına hazırlıqlar davam edir

20 avqust, 17:20

Onlar ali məktəbə imtahansız qəbul oldular

20 avqust, 17:09

MİQ üzrə növbəti vakansiya seçimi mərhələsi başlayır

20 avqust, 17:04

NDU-nun startap komandaları ölkəmizi Türkiyənin Bilişim Vadisində təmsil edəcək

20 avqust, 16:32

“Müasir metodist” layihəsi çərçivəsində keçirilən təlimlər yekunlaşıb

20 avqust, 16:08

“Şagirdlərimizin əlavə hazırlığa ehtiyacı yoxdur” – Ucqar kənd məktəbindən REPORTAJ 

20 avqust, 15:34

Azərbaycandakı özəl məktəblərin sayı açıqlanıb

20 avqust, 13:44

Azərbaycanda orta məktəblərin sayı 4400-ü ötdü

20 avqust, 13:03

İlk altı ayda 51 nəfərə elmlər doktoru dərəcəsi verilib

20 avqust, 13:01

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artıb – STATİSTİKA

20 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

20 avqust, 12:40

“Bir müəllimin manifesti” proqramına qeydiyyat başlayıb

20 avqust, 12:36

17 yaşlı məktəbli startapına 1,5 milyon dollar sərmayə cəlb edib

20 avqust, 11:51

Ən güclü rəqabət hansı qrupdadır? – Ali məktəblərə qəbulla bağlı real gözləntilər

20 avqust, 11:38

Xaçmazda yenilənən məktəbə şagird qəbulu elan olunur

20 avqust, 11:31

Lisey və gimnaziyalara seçim nəticələri açıqlanıb

20 avqust, 11:15

Qeyri-səlis məntiq nədir?

20 avqust, 10:47

Azərbaycan və Türkiyə alimləri güclü terapevtik potensiala malik maddələr sintez ediblər

20 avqust, 10:36

Nurlan İsmayılbəyli: 1000-ə yaxın vakant yer birləşdirilib

20 avqust, 10:29

ADNSU Rumıniyada beynəlxalq konfrans keçirəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.