
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “WorldSkills Azerbaijan 2025” çərçivəsində veb-texnologiyaları, CNC torna, elektronika, avtomobil diaqnostikası və qaynaq üzrə milli bacarıq yarışı uğurla başa çatıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, yarışda iştirak edən gənclər öz peşə biliklərini və bacarıqlarını nümayiş etdirərək texniki sahədəki potensiallarını ortaya qoyublar. Bu yarış yalnız qaliblərin deyil, həm də ölkəmizin peşə təhsilində yüksələn səviyyəsinin göstəricisi olub.
Bu yarış peşə təhsilinin inkişafı, gənclərin texniki sahələrə marağının artırılması və gələcək peşəkarların formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər