Bütün xəbərlər
16 iyul, 14:11

İstedad insanın daxilində doğulduğu gündən etibarən sakitcə yaşayan və zamanla özünü göstərmək üçün fürsət axtaran daxili gücdür. O, təkcə bacarıq deyil, insana özünü ifadə etmək, daxili dünyasını kəşf etmək imkanı verən pəncərədir. Bu pəncərədən baxanlar dünyanı daha rəngarəng, fərqli və qeyri-adi görürlər. 

Uşaqların telefon, planşet və sosial şəbəkələrlə əhatələndiyi müasir dövrdə incəsənətə meyil edən, onu həyat tərzinə çevirən uşaqların hekayəsi yazılmağa və paylaşılmağa dəyər. 

“Azərbaycan müəllimi”nin hekayəsini təqdim etdiyi növbəti istedad da Aylin Sadıqovadır. 

Aylin Sadıqova musiqiyə bir hobbi kimi başlasa da, bu yolda sevgisi və zəhməti ilə bacarığını parlaq bir uğura çevirə bilib. 11 yaşlı Aylin düz 5 ildir ki, musiqi ilə professional şəkildə məşğul olur. Onun bu incəsənət sahəsinə meyli təsadüfən yaranıb: televiziyada baxdığı simfonik orkestrin konsertində 3 yaşlı balaca qızcığazın elə diqqətini ilk cəlb edən piano olub. Hələ notların nə olduğunu belə bilmədiyi bir vaxtda – 3 yaşında olarkən Aylin barmaqlarını klavişlərin üzərində gəzdirdikcə içindəki musiqi aləmi də oyanırdı. Gözlərini ekrandan çəkmədən atasından tək bir şey istədi: piano. Atasından istədiyi bu hədiyyə onun gələcək karyerasında da böyük rol oynayacaqdı…

Həmin gündən Aylinin həyatına musiqi daxil olur. Balaca Aylin haradasa klassik musiqi səsi eşidən kimi əlindəki hər şeyi atıb musiqinin sehrinə qapılır. Uşaq yaşlarında yaranan istedad bəzən elə sadə, elə təvazökar şəkildə özünü göstərir ki, ətrafdakılar onun böyüklüyünü görməkdə çətinlik çəkirlər. Amma o istedad susmur, səssizcə boy atır. Aylinin istedadını görən ailəsi də onu bu yolda dəstəkləyir.

Aylinin musiqi karyerasında ailəsi ilə yanaşı, müəllimi Zümrüd Rüstəmovanın da rolu danılmazdır. Təbii ki, istedad nə qədər böyük və dərin olsa da, Aylin hələ də bir uşaqdır. Bəzən yorulur, sıxılır, lakin musiqiyə olan sevgisi o qədər böyükdür ki, yorulanda da sevgisindən güc alaraq yoluna davam edir. Anası söyləyir ki, hər hansı yeni ifanı öyrənməzdən əvvəl bəzən notları görüb qorxuya düşsə də, müəlliminin dəstəyi ilə çətinliklərin öhdəsindən gəlməyi bacarır.

Aylin bu istedadını sadəcə ailəsi və yaxınlarına deyil, böyük tamaşaçı kütləsi qarşısında da nümayiş etdirməyi bacarıb. Təhsil aldığı məktəbin təşkil etdiyi tədbirlərdən savayı, dəfələrlə respublika və beynəlxalq müsabiqələrdə də iştirak edərək layiqli yerlər tutub. Onun bu yaşda əldə etdiyi ən yaddaqalan nailiyyətlərindən biri Qazaxıstan dövlətinin dəstəyi ilə baş tutan “Viva Azerbaijan” müsabiqəsində I yerə layiq görülməsidir. Ardınca 2025-ci ildə isə Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən “Arts Olimpia 2025” incəsənət müsabiqəsində də uğurla çıxış edərək I yeri tutub.

Aylinin incəsənət sahəsindəki uğurları musiqidə qazandıqları ilə yekunlaşmır. Valideynləri söyləyirlər ki, Aylinin musiqi duyumu olduğuna görə 3 yaşından rəqslə də həvəskar şəkildə məşğul olur. İllər keçdikcə bu maraq peşəkarlığa çevrilib. Professional müəllimlərin yönləndirməsi ilə o, artıq peşəkar rəqqas kimi də fəaliyyət göstərir, müxtəlif tədbir və müsabiqələrdə uğurla çıxış edir.

Təbii ki, incəsənət Aylinin həyatında böyük yer tutsa da, o dərslərini də diqqətdən kənarda qoymur. Ondan ən böyük arzusunu və gələcəkdə kim olmaq istədiyini soruşduq. Təbii ki, cavabı bizi təəccübləndirmədi: o, istedadın ona yaratdığı imkanlardan istifadə edərək elə bu yolda addımlamağı arzulayır. Gələcəkdə Azərbaycan Milli Konservatoriyasına qəbul olub mahir pianoçu kimi həm özünü, həm istedadını dünyaya təsdiqləmək istəyir.

Aylinin uğur hekayəsi bir daha göstərir ki, istedad dəstək, zəhmət və sevgi ilə qidalananda böyük uğurlarla yekunlaşır. Onun kimi uşaqlar cəmiyyətin incəsənətə olan inamını artırır, ruhunu zənginləşdirir və bizi daha gözəl bir gələcəyə inandırırlar.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.