Bütün xəbərlər
17 iyun, 14:25

"Yaşıl təhsil layihələrinin işləyib-işləmədiyini, effektivliyini anlamaq üçün bu prosesdə ictimai səviyyədə iştirak və real məlumatların toplanılması vacibdir”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi”nın rəsmi açılışı çərçivəsində Azərbaycan təcrübəsinə həsr olunmuş müzakirə zamanı deyib.

Onun sözlərinə görə, ətraf mühitlə bağlı maarifləndirmə, cəmiyyətin fəallığı və elmi əsaslı məlumatların toplanması bu sahədə irəliləyişin təməlini təşkil edir.

Emin Əmrullayev universitetlərin yalnız layihələr deyil, real nəticələr göstərmək və Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində konkret öhdəliklər götürməli olduğunu bildirib. 

O, tələbələrin də bu prosesə cəlbinin vacibliyini vurğulayıb: “Gənclərin liderlik bacarıqları, hüquq və məsuliyyət anlayışları hələ erkən yaşlardan formalaşdırılmalıdır. Tələbələr davamlı inkişaf hərəkatının fəal üzvünə çevrilməlidirlər. Bundan başqa, universitetlər üçün davamlılığın ölçülə biləcəyi çərçivələrin yaradılması vacibdir. Məlumatların toplanması isə bu prosesi daha şəffaf və məqsədyönlü edir".

Nazir dayanıqlı inkişaf sahəsində istifadə olunan anlayışların tez-tez işlədildiyini, lakin bu sahədə fundamental elmi-tədqiqatların hələ də çatışmadığını deyib:

“Biz "dayanıqlılıq", "yaşıl təhsil" kimi anlayışları tez-tez işlədirik. Amma sual budur: bu anlayışların arxasında əsaslı elmi-tədqiqatlar varmı? Nazirlik olaraq bizim məqsədimiz universitetlərdə bu cür fundamental istiqamətləri dəstəkləmək və uzunmüddətli perspektivdə real nəticələrə yol açmaqdır”.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.