
Azərbaycanda elm və təhsil xərcləri beynəlxalq normativlərə uyğundur.
“Azərbaycan müəllimi” "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament üzvlərinin dövlət büdcəsində elm və təhsil xərclərinin ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisinin az olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
"Elm və təhsil xərclərinə kompleks baxılmalıdır. 2024-cü ildə bu xərclər 4,8 milyard manat - ÜDM-in 4%-i qədər proqnozlaşdırılıb. Bu isə beynəlxalq normativlərə uyğundur. Əksər ölkələrdə təhsil və elm xərcləri ÜDM-in 3-5%-i qədər proqnozlaşdırılır. Eyni zamanda nəzərə alınmalıdır ki, elm və təhsil üzrə bir sıra xərclər hazırda dövlət büdcəsində fərqli bölmələrdə təsnifləşdirilir. Bu isə ümumi mənzərənin formalaşdırılmasında çətinlik yaradır. Hazırda elm və təhsil xərclərinin büdcə təsnifatının təkmilləşdirilməsi istiqamətində işlər aparılmaqdadır", – deyə o qeyd edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər