Bütün xəbərlər
13 iyun, 23:01

20 iyun 2025-ci il tarixindən etibarən ali təhsil pilləsinin İdman istiqamətinin 62-ci komissiyası və Təsviri sənət istiqamətinin 14-cü komissiyası üzrə qabiliyyət imtahanlarına start veriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Belə ki, idman istiqaməti üzrə Tofiq Bəhramov adına Respublika Stadionunda və Azərbaycan İdman Akademiyasında 62 və 63-cü komissiyalar, Tovuz Olimpiya İdman Kompleksində 63-cü komissiya, Təsviri sənət istiqaməti üzrə 14 və 15-ci komissiyalar üzrə qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər 14 iyun tarixindən etibarən “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən (https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login) çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.

Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə qabiliyyət imtahanları iyunun 23-dən etibarən start götürəcək. Bu istiqamət üzrə qabiliyyət imtahanları Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə təşkil ediləcək.

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları isə iyulun 1-dən etibarən keçirilməyə başlanılacaq.

Qeyd: İmtahana buraxılış vərəqələri imtahan tarixləri və komissiyalar üzrə mərhələli şəkildə (imtahana ən az 5 gün qalmış) abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçdikləri səhifələrinə yerləşdiriləcək.

Şərhlər

Xəbər lenti

18 avqust, 09:45

Ölkəmizdə ilk dəfə rezidentlər donuz modelində əməliyyat apardılar

18 avqust, 09:33

Təhsil alanların emosional reallığı önəmlidir

17 avqust, 12:19

Ekspert: Müəllimlərdən əvvəl onları hazırlayan müəllimlər sertifikasiya olunmalıdır

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.