Bütün xəbərlər
15 avqust, 17:02

Avqustun 14-də Sumqayıt Dövlət Universitetində (SDU) Türkiyə Respublikasının Bayburt Universitetinin rəhbərliyi ilə görüş keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, SDU-nun rektoru v.i.e., professor Əminağa Sadıqov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Bayburt Universitetinin rektoru, professor Mutlu Türkmen, Beynəlxalq əlaqələr üzrə müşaviri dos. Umut Yıldırım və SDU-nun digər rəhbər şəxsələri iştirak ediblər.

Tədbiri açan professor Əminağa Sadıqov qonaqları salamlayaraq, son illər Azərbaycanın elm və təhsil sistemində həyata keçirilən islahatlarından və tətbiq olunan yeniliklərdən bəhs edib. O, qeyd edib ki, dövlətimiz universitetlərə tam müstəqil fəaliyyət imkanı yaratmaqla yanaşı onların maddi-texniki təchizatına və beynəlxalq əlaqələrinin, o cümlədən təqaüd və ikili diplom proqramlarının həyata keçirilməsinə hərtərəfli dəstək verir. Türkiyə universitetiləri ilə bu istiqamətdə əməkdaşlığın səviyyəsi və miqyası xüsusi çəkiyə malikdir. Sonra Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinin Azərbaycanın ali təhsil sistemindəki yerindən və əhəmiyyətindən danışıb. O, qeyd edib ki, SDU bu gün nüfuzlu QS Dünya Universitetləri Reytinqində yer alan 9 Azərbaycan universitetindən biridir və 65 illik tarixi ərzində ölkənin sənayesi və digər sahələri üçün minlərlə ixtisaslı kadr yetişdirib. Sumqayıtın sənaye şəhəri olması SDU-nun tələbələri və məzunları üçün xüsusi imkanlar yaradır. Daha sonra çıxış edən Bayburt Universitetinin rektoru, professor Mutlu Türkmen rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verərək, universitetin fakültələri, tədris istiqamətləri və beynəlxalq əməkdaşlıq layihələrindən bəhs edib.

Görüşün sonunda Sumqayıt Dövlət Universiteti və Bayburt Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr, konfranslar və təcrübə proqramlarını əhatə edir.
Anlaşma memorandumunun imzalanmasından sonra qonaqlar universitetin kampusu ilə tanış olublar, SDU-nun maddi-texniki bazası, laboratoriyaları və tədris binaları barədə məlumat alıblar.

1 /7

Şərhlər

Xəbər lenti

19 sentyabr, 12:31

Valideynlərini itirmiş uşaqlar təhsillərini başa vurduqda 2600 manat birdəfəlik müavinət veriləcək

19 sentyabr, 12:07

Bir sinfin 6 məzunu Hüquq fakültəsinin tələbəsi oldu – Məktəbdən reportaj

19 sentyabr, 11:24

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi Sammiti keçiriləcək

19 sentyabr, 11:24

Bakıda keçiriləcək Avrasiya Universitetləri Sammitində hansı məsələlər müzakirə ediləcək? – Eksklüziv müsahibə

19 sentyabr, 10:54

“Maarifçi” proqramının iştirakçıları STEAM İnnovasiya Mərkəzində olublar

19 sentyabr, 10:43

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

19 sentyabr, 10:35

2026-cı ilin buraxılış imtahanlarının proqramları AÇIQLANDI

19 sentyabr, 09:49

Səs yazısı yayılan direktorla bağlı araşdırmalara başlanılıb – AÇIQLAMA

19 sentyabr, 09:46

Qəbul imtahanında 600 və daha yüksək bal toplayan gənclərin NƏZƏRİNƏ!

19 sentyabr, 09:37

AzMİU-nun yeməkxanalarına növbəti baxış keçirilib

19 sentyabr, 09:37

Ən çox vakant direktor yeri bu məktəblərdədir

19 sentyabr, 09:21

SDU nümunəsində ali məktəblərin innovasiya mərkəzinə çevrilməsi mövzusunda tədbir keçirilib – FOTO

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.