
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaradılan Yeməkxanalara Nəzarət Komissiyası tərəfindən universitet şəhərciyində yerləşən yeməkxanalara növbəti baxış keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, yeməkxanaların xidmət keyfiyyətinin artırılması məqsədini daşıyan baxış zamanı bu dəfə qiymət siyasəti nəzərdən keçirilib. Digər universitetlərin yeməkxanaları ilə müqayisəli şəkildə təhlillər aparılıb və bəzi məhsulların qiymətlərində endirimlər edilib.
Universitet şəhərciyinin direktoru, tələbə təşkilatlarının sədrləri və tələbələrdən təşkil olunan komissiya həftədə bir neçə dəfə yeməkxanalarda reydlər keçirəcək və vəziyyəti qiymətləndirəcəklər. Komissiya üzvləri bufetlərdə qiymət siyasətinə, sanitar-gigiyenik vəziyyətə və xidmət mühitinə nəzarət edəcək, ortaya çıxan məsələlərə operativ həll yolları tapacaqlar.
Bu mexanizim tələbələr, akademik heyət və universitet işçilərinin gündəlik ehtiyaclarının yüksək standartlara cavab verməsini təmin etməklə yanaşı, xidmət sahəsində şəffaflıq və məsuliyyət prinsiplərinin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər