Bütün xəbərlər
19 sentyabr, 09:21

Sentyabrın 18-də “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi: Sumqayıt Dövlət Universiteti nümunəsində” layihəsinin yekun hesabat tədbiri təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Koreya “Eximbank”, Asiya İnkişaf Bankı (AİB), “Ars Praxia”, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Sumqayıt Dövlət Universiteti (SDU) və  digər ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxış edərək layihənin uğurla icra olunduğunu vurğulayıb. O, universitetin sənaye şəhərində yerləşməsinin strateji üstünlük təşkil etdiyini bildirib: “SDU-nun baza olaraq seçilməsi uğurlu qərardır. Burada əsasən sənaye sahələri üçün kadr hazırlığı həyata keçirilir və innovasiyalar üçün əlverişli zəmin mövcuddur. Layihənin yekunlaşması əməkdaşlığın sonu deyil, əksinə, əldə olunan nəticələr uzunmüddətli və daha səmərəli əməkdaşlıq üçün əsas yaradacaq”, – deyə Əminağa Sadıqov qeyd edib.

“Eximbank”ın İstanbul ofisinin baş direktoru Hvanvu Kim çıxışında layihənin Azərbaycan və Koreya arasında bilik və təcrübə mübadiləsini gücləndirdiyini, Koreya universitetlərinin uğurlu modellərinin ölkəmizdə innovasiya və startap ekosisteminin formalaşmasına təkan verdiyini qeyd edib.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal layihənin ölkədə universitet-sənaye əməkdaşlığını gücləndirəcəyini və ali təhsilin tədqiqat, innovasiya potensialının inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

KAIST-in professoru Seung Hun Han Koreya universitetlərinin innovasiya şəhərlərində startapların və tədqiqat institutlarının inkişaf təcrübəsini bölüşərək bu modelin SDU və Azərbaycan ali təhsil sistemi üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Əsas məqsəd Azərbaycan ali təhsilini innovasiya və davamlı iqtisadi artım üçün güclü platformaya çevirmək olub. Bu çərçivədə universitetlərdə tədqiqat və kommersiyalaşdırma potensialının artırılması prioritet kimi müəyyən edilib.

Qeyd olunub ki, layihə çərçivəsində Koreya təcrübəsi əsasında milli tədqiqat institutlarının və innovasiya mərkəzlərinin yaradılması, hökumət–sənaye–akademiya əməkdaşlığına əsaslanan startap ekosisteminin formalaşdırılması, eləcə də beynəlxalq əməkdaşlıq və innovasiya mərkəzlərinin qurulması istiqamətində strategiyalar hazırlanıb. Eyni zamanda, layihə çərçivəsində SOCAR və özəl sektor nümayəndələri ilə görüşlər keçirilib, universitetlərdə texnologiya idarəetmə ofislərinin yaradılması, tədqiqatların kommersiyalaşdırılması və akademik müstəqilliyin gücləndirilməsi istiqamətində tövsiyələr irəli sürülüb.

Daha sonra layihə üzrə təqdim olunan hesasabat ətraflı müzakirə olunub, suallar cavablandırilıb, bir sıra təkliflər və tövsiyələr irəli sürülüb.

1 /13

Şərhlər

Xəbər lenti

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.