
Artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, ictimaiyyətə tanıdılması məqsədilə DİM bir sıra tədbirlər həyata keçirir.
“Azərbaycan müəllimi” xəbər verir ki, 2016-cı ildən etibarən “Bilik yarışının öncülləri” internet layihəsi istifadəyə verilib və abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr olunur.
Layihənin missiyası yüksək ballı gənclərin təbliği ilə yanaşı, bilik yarışının öncüllərinin təcrübələrini şagirdlərə, gələcək abituriyentlərə örnək kimi təqdim etməkdir.
Qəbul imtahanında 600 və daha yüksək bal toplayan gənclər “Bilik yarışının öncülləri” internet layihəsində fəal iştirak etməyə, öz təcrübələrini paylaşmağa dəvət edilir.
Layihədə iştirak etmək üçün şəxsi kabinetinizin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə www.abiturient.az saytında (600.abiturient.az/600anket2/) təqdim edilən anket-sorğunu doldurmalısınız. Anket-sorğu yalnız bir dəfə və bütün bəndləri doldurulur. Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket-sorğunu doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin www.abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumat təqdim ediləcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər