Bütün xəbərlər
19 sentyabr, 10:43

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Niderland Krallığında fəaliyyət göstərən Rebels.ai süni intellekt həlləri şirkətinin təsisçisi, İspaniyanın “Harbour Space” Universitetinin müəllimi Maksim Musin qonaq olub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, qonağı AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qəbul edib. Görüşdə universitet rəhbərliyi, Mexanika və informasiya texnologiyaları fakültəsinin, eləcə də İKT Mərkəzinin nümayəndələri də iştirak ediblər.

Görüş Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ilə səsləşir. Strategiyada ali təhsil müəssisələrinin üzərinə süni intellekt üzrə elmi-tədqiqatların genişləndirilməsi, mütəxəssis hazırlığının gücləndirilməsi və biliklərin əmək bazarına inteqrasiyası kimi vəzifələr qoyulub. AzMİU-da həyata keçirilən rəqəmsallaşma, elektron universitet sisteminin inkişafı və idarəetmədə innovativ texnologiyaların tətbiqi istiqamətindəki fəaliyyət də bu hədəflərlə üst-üstə düşür.

Görüşdə Maksim Musin təqdimatla çıxış edərək süni intellektin tətbiq imkanları, üstünlükləri, yarana biləcək çağırışlar, həmçinin aparıcı dünya universitetlərinin təcrübəsi barədə məlumat verib. Daha sonra müzakirələr aparılıb, qonaq rektorun və universitet nümayəndələrinin suallarını cavablandırıb.

Müzakirələr nəticəsində AzMİU-da süni intellektin elektron universitet platformasına inteqrasiyası istiqamətində Rebels.ai şirkətinin dəstəyi ilə müqayisəli təhlillərin aparılması və yol xəritəsinin hazırlanması barədə razılıq əldə olunub.

Maksim Musin AzMİU-da elektron universitet quruculuğu istiqamətində görülən işləri və mövcud maddi-texniki bazanı yüksək qiymətləndirib, universitetdə süni intellektin tətbiqi üçün əlverişli şəraitin olduğunu qeyd edib.

Rektor professor Gülçöhrə Məmmədova bildirib ki, universitet süni intellekt strategiyasının reallaşdırılmasına öz töhfəsini verməkdə qərarlıdır: “Hesab edirəm ki, süni intellektin tətbiqi yalnız tədrisin keyfiyyətinə deyil, həm də idarəetmənin şəffaflığına və effektivliyinə ciddi təsir göstərəcək. AzMİU bu istiqamətdə ölkə üzrə nümunəvi ali məktəblərdən biri olmağı qarşısına məqsəd qoyub”.

1 /4

Şərhlər

Xəbər lenti

19 sentyabr, 12:31

Valideynlərini itirmiş uşaqlar təhsillərini başa vurduqda 2600 manat birdəfəlik müavinət veriləcək

19 sentyabr, 12:07

Bir sinfin 6 məzunu Hüquq fakültəsinin tələbəsi oldu – Məktəbdən reportaj

19 sentyabr, 11:24

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi Sammiti keçiriləcək

19 sentyabr, 11:24

Bakıda keçiriləcək Avrasiya Universitetləri Sammitində hansı məsələlər müzakirə ediləcək? – Eksklüziv müsahibə

19 sentyabr, 10:54

“Maarifçi” proqramının iştirakçıları STEAM İnnovasiya Mərkəzində olublar

19 sentyabr, 10:35

2026-cı ilin buraxılış imtahanlarının proqramları AÇIQLANDI

19 sentyabr, 09:49

Səs yazısı yayılan direktorla bağlı araşdırmalara başlanılıb – AÇIQLAMA

19 sentyabr, 09:46

Qəbul imtahanında 600 və daha yüksək bal toplayan gənclərin NƏZƏRİNƏ!

19 sentyabr, 09:37

AzMİU-nun yeməkxanalarına növbəti baxış keçirilib

19 sentyabr, 09:37

Ən çox vakant direktor yeri bu məktəblərdədir

19 sentyabr, 09:21

SDU nümunəsində ali məktəblərin innovasiya mərkəzinə çevrilməsi mövzusunda tədbir keçirilib – FOTO

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.