
“Vakant yerlərin sayına baxdıqda görürük ki, onların daha böyük hissəsi şagird sayı 500-ə qədər olan müəssisələrdədir. Bu tip müəssisələr çoxluq təşkil edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan “360 dərəcə təhsil” verilişində direktorların işə qəbulu qaydaları ilə bağlı danışarkən bildirib.
O qeyd edib ki, şagird sayı daha çox olan müəssisələr üçün tələblər daha yüksək olmalıdır:
“Belə müəssisələri idarə edəcək şəxslərə, eləcə də həmin kollektivdə çalışacaq əməkdaşlara qarşı gözləntilər daha yüksəkdir. Buna görə də həmin kateqoriyaya aid namizədlər üçün qiymətləndirmə tələbləri yüksək olacaq”.
Onun sözlərinə görə, qiymətləndirmə nəticələrindən sonra proses müsahibə mərhələsi ilə davam edəcək:
“Bu mərhələdə namizədlərin müxtəlif bacarıqları, liderlik, idarəetmə, strateji idarəetmə, ünsiyyət, texnologiyadan istifadə, qərarvermə qabiliyyəti və s. yoxlanılacaq. Müsahibələrdə üç komissiya üzvünün iştirakı nəzərdə tutulur. Kiçik müəssisələr üçün qərarların kollegial qaydada qəbul edilməsi planlaşdırılır. Daha böyük müəssisələrdə isə fərdi görüşlər formatı tətbiq olunacaq. Yəni namizədlər müsahibə komissiyasının üzvləri ilə ayrı-ayrılıqda söhbət edəcəklər. Təbii ki, namizədlər üçün apellyasiya imkanı da olacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər