
Bu il bir sıra ali məktəblər bəzi pedaqoji ixtisaslar üzrə tələbə qəbulunu dayandırıb.
“Azərbaycan müəllimi”nin "Abituriyent 4" jurnalının ötənilki və builki nəşrləri üzrə apardığı təhlillər nəticəsində məlum olub ki, bu il ali məktəblərin çoxu “İbtidai sinif müəllimliyi” üzrə tələbə qəbulu aparmır.
Belə ki, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı, Ağcabədi, Quba filialları, Azərbaycan Dillər Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və Lənkəran Dövlət Universitetində “İbtidai sinif müəllimliyi” ixtisası ləğv olunub. Bunlardan Azərbaycan Dillər Universiteti “İbtidai sinif müəllimliyi” ixtisasını ingilis dilində tədris edirdi.
Bundan başqa, Bakı Dövlət Universitetinin Qazax filialında ötən il mövcud olan “Tarix müəllimliyi” ixtisası bu il qəbul aparılan ixtisasların siyahısında yer almayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Xarici dil müəllimliyi (fransız dili üzrə)”, Mingəçevir Dövlət Universitetində “Kimya müəllimliyi” ixtisası ləğv edilib.
Lənkəran Dövlət Universitetində “Kimya müəllimliyi” ixtisası ilə yanaşı, “Biologiya müəllimliyi” ixtisasına da tələbə qəbulu dayandırılıb.
Naxçıvan Müəllimlər İnstitutu bu il “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tələbə qəbulu aparmayacaq.
Pedaqoji ixtisaslara tələbə qəbulunu dayandıran ali məktəblər arasında özəl təhsil müəssisələri də var. Belə ki, Xəzər Universitetində “Kimya müəllimliyi”, Bakı Qızlar Universitetində isə “İbtidai sinif müəllimliyi” ixtisası ləğv olunub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər