Bütün xəbərlər
1 fevral, 13:10

Sumqayıt Dövlət Universitetində (SDU) 2024-cü ilin yekun elmi hesabatının dinlənildiyi genişləndirilmiş Elmi Şurasının iclası keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, universitetin rektoru Rüfət Əzizov çıxış edərək 2024-cü ildə tədris, elm, beynəlxalq əməkdaşlıq və digər sahələr üzrə əldə olunan uğurlardan, həmçinin qarşıda duran yeni hədəflərdən söz açıb. 

Rektor çıxışında elmi fəaliyyətin təşkili, kadr potensialının artırılması, beynəlxalq elmi əməkdaşlıqların inkişafı istiqamətində atılan addımları vurğulayıb. 

Ötən ildə unviersitetin strateji inkişaf planına uyğun olaraq həyata keçirilən tədbirlər Sumqayıt Dövlət Universiteti ilə yanaşı regionun elmi və kadr potensialının gücləndirilməsinə xidmət edib. 

O, SDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi üçün atılan addımlar, elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesinə inteqrasiya edilməsi və dövlət-universitet-sənaye əməkdaşlığı nəticələrinin əsas strateji hədəflər arasında olduğunu qeyd edib. Bundan əlavə, professor-müəllim heyətinin kvartilli jurnallarda məqalələrin nəşr sayının artması, beynəlxalq və xüsusilə xaricdə keçirilən elmi tədbirlərdə iştirakın genişlənməsi və gənclərin tədqiqata marağının artması bu sahədə görülən işlərin uğurlu nəticələri kimi qiymətləndirilib. 

Görülən bu işlərin SDU-nun beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi və daha uğurlu çıxışlarına xidmət etdiyi kimi professor-müəllim heyətinin motivasiya və rifahının yüksəlməsinə xidmət edir. Beləki, SDU-nun elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması, elmi-tədqiqat işlərinin daha da stimullaşdırılması və əməkdaşların elmi məqalələrinin beynəlxalq məlumat bazalarında (“Clarivate Analytics” şirkətinin “Web of Science”, “Elsevier” şirkətinin “Scopus”) indekslənən jurnallarda nəşr edilməsinin təşviqi məqsədilə elmi məqalələrə görə mükafatlandırma mexanizmi hazırlanıb. 

Elmi məqalələrə görə mükafatlandırma prosesi qeyd olunan meyarlara əsasən həyata keçirilib. Birinci mükafat Q1/Q2/Q3/Q4 kateqoriyalı jurnallarda ən çox məqaləsi olan 5 müəllifə, ikinci mükafat Q1/Q2/Q3/Q4 kateqoriyalı jurnallarda olan məqaləsinə ən çox istinadı olan 5 müəllifə, üçüncü mükafat Q1/Q2 kateqoriyalı jurnallarda məqaləsi olan, dördüncü mükafat Q3/Q4 kateqoriyalı jurnallarda məqaləsi olan müəlliflərə verilib. Qeyd etmək lazımdır ki, professor-müəllim heyətinin 3-də 1-i elmi-tədqiqat fəaliyyətinə görə fərqlənib. 2024-cü il elmi fəaliyyətə görə 4 nominasiyada ümumilikdə 50 min AZN mükafat ayrılıb. Bundan başqa elmi-tədqiqat fəaliyyətinə görə fərqlənən əməkdaşlar üçün istirahət düşərgəsi planlaşdırılıb. 

Rektor çıxışının sonunda 2024-cü il üzrə elmi fəaliyyətlərinə görə mükafatlandırılan əməkdaşları təbrik edib. Əlavə edib ki, elmmetrik göstəriciləri yüksək olan əməkdaşların mükafatlandırılması məqsədilə növbəti illərdə də tədbirlər həyata keçiriləcək. Bu da onların elmi fəaliyyətlərində uğurlara imza atmaları üçün stimullaşdırıcı rol oynayacaq. 

Sonra Elmi Şuranının genişləndirilmiş iclasının gündəliyində duran digər məsələlər ətrafında müzakirələr aparılıb və qərarlar verilib.

1 /7

Şərhlər

Xəbər lenti

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.