Bütün xəbərlər
12 mart, 10:57

Uşaq müəssisələrində səhhətində problem olan uşaqların qidalanması üçün həkimin tövsiyəsinə əsasən menyu hazırlanmalıdır. 

“Azəbaycan müəllimi” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər”də öz əksini tapıb.

Bu tələblərdə qidalanmaya dair tələblər də yer alıb.

Həmin tələblərə görə, müəssisələr uşaqların minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən qida ilə təmin etməlidirlər. Qida məhsullarının mikrobioloji, kimyəvi və fiziki çirklənməsinin qarşısının alınmalı, onlar üzərində aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olmamalı, Qida
Təhlükəsizliyi Reyestrindən çıxarışı olan məhsul və xammallar qəbul edilməlidir. Hər bir müəssisədə qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmaqla, yeməkxanaların divarında yerləşdirilməlidir. 

Bir yaşadək uşaqların qidalanması fərdi qaydada, fizioloji yaş həddi normalarına və bütün növ qida məhsullarının vaxtında tətbiqinə uyğun olaraq təyin edilməlidir. 

Qeyd edək ki, uşaq müəssisələri dedikdə, dövlət və qeyri-dövlət uşaq müəssisələri təhsil, sosial xidmət, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə,  yetkinlik yaşına çatmayanların tərbiyə müəssisələri, yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzləri, tibb müəssisələri, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələri nəzərdə tutulur.

Şərhlər

Xəbər lenti

12 mart, 19:15

Azərbaycan İdman Akademiyasının rebrendinq tədbiri keçirilib

12 mart, 17:30

Əmək hüquqlarımızı bilirikmi? – Direktor və müəllimlərin baxışları 

12 mart, 16:40

İnşaat ustalarına peşə ixtisasını təsdiqləyən sənədlər təqdim edilib

12 mart, 15:51

Azərbaycanlı tələbələr Türkiyədə təcrübə mübadiləsi keçəcəklər

12 mart, 15:41

Uzaq, ya yaxın məktəb? – Səhv seçimin nəticələri

12 mart, 15:25

Masallıda şagirdlərin natiqlik bacarıqlarını gücləndirmək məqsədilə təlimlər davam edir

12 mart, 15:15

Tələbələri gələcək işlərə necə hazırlamaq olar? – Azərbaycanlı professordan təklif

12 mart, 14:22

Universitetlərimiz 5 fənn üzrə QS reytinqində yer alıb

12 mart, 13:20

"Sabahın alimləri" XIV Respublika Müsabiqəsinin açılışı olub

12 mart, 13:17

Tələbələr arasında zərərli vərdişlərlə mübarizə mövzusunda maarifləndirmə aparılıb

12 mart, 13:14

AzMİU-da dizaynın müasir problemləri müzakirə olunub

12 mart, 12:24

“Sabahın alimləri” müsabiqəsinin finalına keçən layihələrin sayı çoxalıb

12 mart, 12:16

Sertifikatlaşdırma ilə bağlı növbəti görüş keçirilib

12 mart, 12:07

Elmar Qasımov: “Sabahın alimləri”nə qatılan qızların sayı artır

12 mart, 11:48

Uşaq müəssisəsini tərk edəcək uşaqlara psixoloji dəstək göstəriləcək

12 mart, 11:28

Uşaqlar oktyabradək qış, mayadək yay geyimləri ilə təmin olunmalıdır – TƏLƏBLƏR

12 mart, 10:39

Biləsuvarda 40 il öncə hansı təhsil yeniliyi olmuşdu? - Araşdırma

12 mart, 10:28

Uşaq müəssisələrinin xidmətlərinin keyfiyyət tələbləri təsdiqlənib

12 mart, 10:17

Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.