Bütün xəbərlər
22 may, 18:10

Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Gələcək təhsil liderləri” müsabiqəsinin II mövsümünün bağlanış və mükafatlandırma mərasimi keçirilib. 

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev, "bp"nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də digər rəsmi qonaqlar, təhsil ictimaiyyəti və ekspertlər iştirak ediblər.

800-ə yaxın tələbənin 102-si finala çıxdı

Artıq qalibləri müəyyənləşərək mükafatlandırılan müsabiqənin II mövsümü 2025-ci ilin fevral-may aylarında təşkil olunub.

Layihə rəhbəri, ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev təqdimatında bildirib ki, müsabiqə ali təhsil müəssisələri arasında ilk dəfə ADPU-da 2024-cü ildən keçirilir. 

“bp Azərbaycan” şirkətinin sponsorluğu ilə keçirilən müsabiqənin I mövsümünün qaliblərinin mentorluq proqramı uğurla tamamlanıb, eləcə də 2025-ci ilin fevral-may ayları ərzində müsabiqənin II mövsümü də təşkil olunub. Ümumilikdə qeydiyyat və 3 mərhələdən ibarət olan müsabiqənin II mövsümünə qeydiyyatdan keçən 800-dək tələbənin 600-dən çoxu müsabiqədə iştirak hüququ qazanıb. Martın 15-də onların 400-dən çoxunun iştirak etdiyi I mərhələ üzrə imtahanlarda iştirakçıların ümumi dünyagörüşünü yoxlayan suallar təqdim olunub. Burada dünya və Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, müasir trendlər, hüquq və iqtisadi həyat, eləcə də ali təhsil sistemi və Pedaqoji Universitetlə bağlı mövzular yer alıb. II mərhələ olan yarımfinalda əvvəlki turda uğurlu nəticə göstərən 231 nəfər iştirak edib. 

Aprelin 12-də təşkil edilən yarımfinalda tələbələr “İnformasiya ilə iş”, “Məntiqi təfəkkür”, “Mətn üzərində verbal təhlil” və ilk dəfə tətbiq edilən “İdarəetmə” blokları üzrə tapşırıqları cavablandırıblar. Eləcə də aprelin 26-da və mayın 4-də finalçılar üçün universitet rəhbərliyi ilə görüş, püşkatma mərhələsi, komanda quruculuğunu təşviq edən intellektual yarış və layihələrin hazırlanması və idarə olunması üzrə təlim təşkil edilib. 

Müsabiqənin mayın 9-da keçirilən final mərhələsində isə yarımfinalda uğur qazanan 105 nəfərdən 102-si iştirak edib. Komandalar daxilində qiymətləndirmə konfransları formatında təşkil edilən finalda iştirakçıların kommunikasiya və komanda ilə iş, liderlik, sosial məsuliyyət, effektiv və strateji düşüncə, nəticəyə yönəlmə, dəyişikliklərin idarə edilməsi və layihə idarəetməsi kimi bacarıqlarını qiymətləndirən müxtəlif hekayələr təqdim olunub.

“Siz təhsilin gələcəyinə ruh, ideya və hədəf gətirən liderlərsiniz”

ADPU rektoru Cəfər Cəfərov müsabiqənin məqsədlərindən danışaraq bildirib ki, ilk növbədə istedadlı və liderlik bacarığı olan tələbələri aşkarlayıb onların şəxsi inkişafına dəstək verməyi planlaşdırıblar: “Universitet üçün kadr ehtiyatını formalaşdırılması məqsədilə tələbələrin potensialını aşkarlamaq, məzunları müxtəlif yollarla universitetin idarəçiliyinə cəlb etmək fikrindəyik. Ən önəmlisi, ADPU-nun ictimai nüfuzunun yüksəldilməsi müsabiqənin başlıca məqsədlərindəndir”.

C.Cəfərov hesab edir ki, bu müsabiqə sadəcə bir yarış deyil, təhsil sahəsində gələcəyi formalaşdırmaq istəyən gənclərin üzə çıxarılması üçün unikal platformadır:

“Tələbələrimiz bu layihə sayəsində nəzəri bilikləri ilə yanaşı, öz liderlik keyfiyyətlərini, innovativ yanaşmalarını, dünyagörüşlərini nümayiş etdirmək imkanı əldə ediblər”. 
Müsabiqənin 10 qalibinin böyük rəqabət mühitində uğur qazandığını bildirən rektor deyib ki, bu, onları zirvələrə hazırlayan dəstək mexanizmidir”.

C.Cəfərov bildirib ki, tədbirdə yalnız builki qaliblər mükafatlandırılmır, həm də ötənilki müsabiqənin mentorluq proqramını uğurla tamamlayanlara da müvafiq şəhadətnamələr təqdim ediləcək.

“Siz təkcə bu müsabiqənin qalibi deyilsiniz, təhsilin gələcəyinə ruh, ideya və hədəf gətirən liderlərsiniz”, – deyən rektor tələbələrə uğur arzulayaraq illər keçdikcə layihənin əhatə dairəsinin artacağına və Azərbaycan təhsilinə töhfə verəcək yeni nəsil liderlərin yetişdirilməsində rol oynayacağına inamını ifadə edib.

“Gələcəkdə o insanlar ölkənin inkişafını təmin edəcəklər ki, razılaşdırılmamış mühitdə, böhran vəziyyətində düzgün qərar qəbul etmək bacarığına malik olsunlar”

Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun fikrincə, lider olmaq üçün bir çox keyfiyyətlər tələb olunur: “İstedadsız insan yoxdur. Araşdırmalar göstərib ki, istedadın 9 növü var və onlardan biri də sosial istedaddır. Məsələn, bir insan elə bir çağırış edir ki, insanlar onun fikirlərinə şərik olur, elə çıxış edir ki, hamı ona qulaq asmaq istəyir. Bu bacarığın ikinci adı da xarizmadir. Bu keyfiyyəti olanlar liderdir”.

Nazir müavini əlavə edib ki, lider olmaq üçün Ulu Öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevdən örnək almaq lazımdır:

“Heydər Əliyevdən hansı siyasi irsi öyrənmək vacibdir? Bunu həm alimlər, həm siyasətçilər, həm də sadə insanlar öyrənməyə çalışırlar. Amma ikisi çox önəmlidir. Birincisi, dövlətin idarəetmə məharəti, ikincisi, dünya çağırışlarına, dəyişən dünya strategiyalarına hazır olmaqdır. Bunların öhdəsindən Ulu Öndər Heydər Əliyev gəlib, bu gün isə Prezident İlham Əliyev yeni çağırışlara adekvat olaraq düzgün strategiyaları müəyyən edir. Bu iki böyük şəxs sizin üçün örnək olmalıdır”.

F.Qurbanov təhsilin gələcək liderlərindən tələb olunan keyfiyyətlərə də toxunub: “Təhsilin gələcək liderləri elə keyfiyyətlərə malik olmalıdırlar ki, qarşısına çıxan problemləri həll etmək bacarığına malik olsunlar. Bizi gələcəkdə hansı çağırışların, necə problemlərin gözlədiyini bilmirik, qarşıya çıxacaq istənilən problemi həll etməyi bacaran məzunlar olmalıdır. Bunu siz təhsil liderləri etməlisiniz”.

Nazir müavini əlavə edib ki, müasir texnologiyaların sürətli inkişafı bir tərəfdən təhsilin inkişafına müsbət təsir edirsə, digər tərəfdən məlum olmayan problemlərə yol açır:

“Gələcəkdə o insanlar ölkənin inkişafını təmin edəcəklər ki, razılaşdırılmamış mühitdə, böhran vəziyyətində düzgün qərar qəbul etmək bacarığına malik olsunlar. Düzdür, asan məsələ deyil, amma buna hazır olmaq lazımdır”.

ADPU rektoruna layihəyə görə təşəkkür edən Firudin Qurbanov qeyd edib ki, ümumi tələbələrin 2 faizindən çoxu bu müsabiqəyə qatılıb və onların arasından liderlik keyfiyyətləri olan 10 nəfər qalib seçilib: “Yəqin ki, onlar ən yaxşılardır və həmin tələbələrdə emosional intellekt var. Çünki bu keyfiyyəti olanlar özlərində ünsiyyət bacarığı formalaşdırır, özlərinə inanır, başqalarını da inandırırlar”.  

“Bu müsabiqənin qalibləri gələcək müəllimlər nəslinin formalaşmasında mühüm rol oynayacaqlar”

“bp"nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, “Gələcək təhsil liderləri” müsabiqəsi ikinci dəfə müvəffəqiyyətlə həyata keçirilib və şirkət olaraq bu uğura görə qürur duyurlar:

 “Ölkənin 2 ən mühüm strateji yatağı “bp” şirkətinə həvalə edilib. Şirkət olaraq bunun qürurunu yaşayır, məsuliyyətini dərk edirik.

Çalışırıq iqtisadi fəaliyətimizlə yanaşı, cəmiyyətin sosial həyatında da yaxından iştirak edək, sosial fəaliyyətimizin əsas hissəsi təhsil sektorundadır. Həyata keçirdiyimiz layihələrin 75 faizi təhsillə bağlıdır. Məktəbəqədər, ümumi, peşə və ali təhsilə aid layihələr var. Bu layihələrin həyata keçirilməsində göstərdiyi dəstəyə görə ETN-ə təşəkkür edirik”. 

Əməkdaşlıq etdikləri universitetlər arasında ADPU-nun olduğunu vurğulayan natiqin fikrincə, dəyişən dünyada ənənəvidən uzaq, fərqli fəaliyyətlər də olmalıdır: “Hesab edirik ki, bu müsabiqənin qalibləri gələcək müəllimlər nəslinin formalaşmasında mühüm rol oynayacaqlar”.

Fərhad Hacıyev deyib ki, “Yüksəliş” müsabiqəsi bir ənənə formalaşdırıb və “Gələcək təhsil liderləri” bu ənənəni davam etdirir. O, müsabiqə qaliblərini və ümumiyyətlə, ADPU tələbələrini “Yüksəliş”ə qoşulmağı tövsiyə edib: “İndiyədək 1 ADPU məzunu “Yüksəliş”in qalibi olub. Əminəm ki, qaliblərin sayı bundan sonra lap çox olacaq”.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müşaviri Aliyə Əliyeva çıxışında tələbələrin belə təşəbbüslərlə qeyri-formal bacarıqlarını inkişaf etdirməsinin olduqca müsbət bir tendensiya olduğunu vurğulayıb.

Qaliblər nə qazandılar?

“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə 1000 manat məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və informasiya texnologiyaları üzrə ödənişsiz kurslardan istifadə, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramına (proqramın sonunda müvafiq referans məktubu veriləcək) qoşulma və kadr bankına əlavə edilmə imkanı təqdim olunub. Eyni zamanda, xüsusi fərqlənən əlavə 10 iştirakçı həvəsləndirici mükafata layiq görülüb. Bildirilib ki, onlar da mentorluq proqramına cəlb olunacaqlar. Müsabiqənin kadr bankına əlavə olunan bütün finalçılarına müvafiq sertifikat və hədiyyələr təqdim olunub.

Tədbirdə həm də müsabiqənin İşçi qrupunun üzvləri, ekspertləri və ötən ilin qalibi olaraq mentorluq proqramını uğurla tamamlayan tələbə və məzunlar mükafatlandırılıblar.

Tədbir universitet daxilində fəaliyyət göstərən tələbə təşkilatlarının aktiv üzvlərinin iştirakı ilə hazırlanan bədii hissə ilə yekunlaşıb. 

Bədii hissədə müsabiqənin qaliblərindən olan Gülay İmanzadənin pianoda ifası xüsusi rəğbətlə qarşılanıb.

1 /12

Şərhlər

Xəbər lenti

22 may, 22:05

MDU-da regionun ilk beynəlxalq IT təlim mərkəzi istifadəyə verilib

22 may, 18:55

ADNSU-da zərərli vərdişlərə qarşı maarifləndirmə tədbiri keçirilib

22 may, 18:17

Ağsu məktəblisi ölkə çempionu oldu 

22 may, 18:01

Qarabağ Universitetinin rektoru “Sabahın alimləri” və RFO-nun qalibləri ilə görüşüb

22 may, 17:56

ADNSU-da “Liderlik nədir? - müasir baxış” mövzusunda təlim keçirilib

22 may, 17:47

“Kreativ düşüncə tərzini necə formalaşdırmalı?” mövzusunda infosessiya keçirilib

22 may, 17:44

ADMİU H-indeks göstəricilərində üç pillə irəliləyib

22 may, 17:39

Məcburi köçkünlər peşə təhsili təlimlərinə təşviq edilirlər

22 may, 17:38

İkili diplom proqramları çərçivəsində Rəhbər Komitə üzvləri ABŞ-də olublar

22 may, 17:10

AzMİU və “Prosol” şirkəti kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayacaq 

22 may, 16:50

Lənkəranda əmək yarmarkası keçiriləcək

22 may, 16:45

“Son zəng” ölkələrdə necə keçirilir? - Dünya təcrübəsi

22 may, 15:50

BMU-da “CareerFest BEU 2025” karyera festivalı keçirilib

22 may, 15:32

Naxçıvanda müəllimlərin işə qəbulu üzrə dəstək mərkəzləri yaradılıb

22 may, 15:15

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə daha bir müraciət

22 may, 15:00

Özbəkistanın Kokand Dövlət Universitetində Azərbaycan dili tədris olunacaq

22 may, 14:51

Stereotipləri qıran ibtidai sinif müəllimi: “Şadam ki, valideynlərin güvənini qazanmışam”

22 may, 14:50

Erkən nikah hallarının qarşısının alınması ilə bağlı tədbir keçirilib

22 may, 14:32

Deputat: Gələcək nəsillərə sağlam dəyərlərin ötürülməsi üçün səylərimizi artırmalıyıq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.