Bütün xəbərlər
19 iyun, 15:13

“Sertifikasiya sualları peşəkar mütəxəssislər tərəfindən hazırlanır və həmin şəxslər özləri də bu prosesi keçiblər”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov millət vəkilləri və ictimai xadimlər üçün təşkil olunmuş infotur zamanı səsləndirib.

Millət vəkillərinin imtahan suallarının hazırlanması və Əməkdar müəllimlərin bu prosesdə iştirakı ilə bağlı suallarını cavablandıran Eşqi Bağırovun sözlərinə görə, suallar asan, orta və çətin səviyyələrə bölünür. Bu bölgü müəllimlərin bilik və bacarıqlarının daha dəqiq qiymətləndirilməsinə xidmət edir.

Onun sözlərinə görə, sertifikatlaşdırmanın məqsədi  müəllimlərin peşəkarlıq səviyyəsini və peşəyə yararlılığını qiymətləndirməkdir: “Suallar peşəkar komanda tərəfindən hazırlanıb. Bu komandaya aparıcı müəllimlər, dərslik müəllifləri, uzun illər ölkədəki imtahan proseslərində iştirak edən təcrübəli mütəxəssislər daxildir”.

Eşqi Bağırov əlavə edib ki, Əməkdar müəllimlər də imtahanda iştirak ediblər:

“Sevindirici haldır ki, imtahanda iştirak edən Əməkdar müəllimlər arasında kəsilən olmayıb və onların nəticələri yüksək olub”.

Sertifikasiyadan keçməyən müəllimlərin məşğulluğu ilə bağlı deputatların suallarına cavab olaraq bildirilib ki, indiyədək 1200 belə müəllim işlə təmin olunub.

Şərhlər

Xəbər lenti

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

15 iyul, 09:27

ADNSU tələbəsi beynəlxalq uğura imza atıb

15 iyul, 09:20

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

15 iyul, 09:18

ADNSU tələbələri Oksford Universitetində yay məktəbinə seçiliblər

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.