Bütün xəbərlər
21 iyun, 11:53

“Müəllimlərin nəticələri məktəbdə dərhal bilinir. Yəni imtahan verən müəllim öz nəticəsini dərhal görür və bu nəticələr məktəb rəhbərliyinə də göndərilir. Onsuz da məktəbdə müəllimlər, valideynlər və şagirdlər müəllimlərin nəticələri ilə müəyyən qədər tanış olurlar. Bu baxımdan mövcud vəziyyət diskriminasiya sayıla bilməz. Əksinə, bu, müəllimin nüfuzunun artmasına xidmət edir”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva İctimai Televiziyada yayımlanan “Xəbərimiz var” verilişində qonaq olarkən aparıcının “Müəllimin sertifikatlaşma nəticəsinin  “Rəqəmsal məktəb” platformasında əks olunması diskriminasiyaya səbəb ola bilərmi?” sualına cavab olaraq səsləndirib.

O bildirib ki, həqiqətən, işinə canla-başla yanaşan, məsuliyyətli müəllimlər bu sistemdə fərqlənəcəklər. Bu isə digər müəllimlər üçün də stimula çevriləcək, nəticədə onlar da daha çox öyrənməyə və inkişaf etməyə çalışacaqlar. Beləliklə, məktəbdə sağlam rəqabət mühiti formalaşacaq.

Onun sözlərinə görə, bir neçə ildən sonra ölkədə müəllimlər arasında elə bir öyrənmə və inkişaf mühiti yaranacaq ki, hər kəs çalışacaq digərlərinə bənzəsin, onlardan geri qalmasın. Bu isə arzulanan məktəb modelinə doğru atılan real və mühüm bir addım olacaq. Sağlam rəqabət mühiti həm müəllimlərin, həm də şagirdlərin öyrənmə motivasiyasını artıracaq.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.