Bütün xəbərlər
18 iyun, 13:33

Bu gün keçirilən sertifikasiya imtahanında yüksək nəticə göstərən ingilis dili və riyaziyyat müəllimləri ilə həmsöhbət olduq. Onlardan biri Bakının 112 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Zülfiyyə Həsənova, digəri isə 156 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ləman Əlizadədir.

Zülfiyyə Həsənova imtahanda 55 bal toplayıb. O, “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, imtahana ixtisas üzrə ayrıca hazırlaşmağa ehtiyac duymayıb. Müəllimin sözlərinə görə, suallar gündəlik dərs prosesində istifadə etdiyi vəsaitlər əsasında tərtib olunduğundan imtahan o qədər də çətin olmayıb:

“Əsasən, kurikulum, metodika və pedaqogika üzrə mövzulara diqqət yetirdim. Bu istiqamətlər üzrə mövzuları müəyyən qədər təkrar etməyim faydalı oldu”.

Ləman Əlizadə isə imtahandan 59 bal toplayıb. Onun sözlərinə görə, imtahan şəffaf və rahat şəraitdə keçirilib:

“Suallar normal idi, asan, orta və çətin dərəcəli suallar vardı. Bəzi suallar üzərində düşündüm, hətta bir sualın cavabını sonradan dəyişdim. Düşünürəm ki, həmin dəyişikliyim səhv oldu. Qalan suallara düz cavab verdim”.

Ləman Əlizadə qeyd edib ki, imtahan sualları tədris etdiyi mövzuları əhatə edib və son bir həftə ərzində daha intensiv şəkildə hazırlaşıb:
“Proqram üzrə işləyib özüm hazırlaşmışdım. Əlavə hazırlığa ehtiyac duymadan nəticə əldə etdim”.

Şərhlər

Xəbər lenti

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

15 iyul, 09:27

ADNSU tələbəsi beynəlxalq uğura imza atıb

15 iyul, 09:20

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

15 iyul, 09:18

ADNSU tələbələri Oksford Universitetində yay məktəbinə seçiliblər

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.