Bütün xəbərlər
23 yanvar, 23:08

İtaliyanın Siciliya adasının cənubunda, İspika yaxınlığındakı Santa Maria del Fokallo sularında eramızdan əvvəl 5-6-cı əsrlərə aid gəmi qalıqları və dəmir lövbərlər tapılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, arxeoloqlar gəminin 6 metr qalınlığında qum və qaya təbəqəsi altında aşkar ediblər.

Tapıntılar arasında eramızın VII əsrinə aid olduğu ehtimal edilən iki dəmir lövbər və dörd daş lövbər də var. Onlardan biri qırılmış vəziyyətdə tapılıb və əvvəlcə dəniz dibinə bərkidilmək üçün taxta çubuqlarla təchiz olunduğu güman edilir.

Arxeoloqların sözlərinə görə, gəminin gövdəsi qədim dövrlərdə geniş yayılan "Shell-on-Shell" texnikası ilə tikilib. Bu üsul taxtaların bir-birinə birləşdirilməsi ilə gövdənin özünü dəstəkləyən struktur kimi fəaliyyət göstərməsini təmin edirdi.

Siciliyanın mədəni irs üzrə müşaviri Françesko Paolo Skarpinato bildirib ki, bu tapıntılar Siciliyanın antik dövrdə nəqliyyat və mədəni mübadilələrdəki mərkəzi rolunu təsdiqləyir. Professor Massimo Kapulli isə kəşfin qədim yunanlar və karfagenlilər arasında dəniz ticarəti barədə yeni məlumatlar əldə etməyə kömək edə biləcəyini vurğulayıb.

Tədqiqatçılar gəminin 3D modelini hazırlayıb, qalıqlardan nümunələr götürərək dövrün gəmiqayırma texnologiyaları barədə daha ətraflı məlumat öyrənməyi hədəfləyirlər. Bu sualtı kəşf 2017-ci ildən davam edən və Siciliyanın zəngin dəniz irsini araşdıran Kaukana layihəsinin bir hissəsidir.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

14 oktyabr, 11:33

İdris İsayev: Yeni bacarıqların öyrədilməsi zəruridir

14 oktyabr, 11:22

Məktəbəqədər təhsilə dair strateji plan yenilənib 

14 oktyabr, 11:16

Azərbaycanda qadınların doktorantura təhsilində iştirakı artıb

14 oktyabr, 11:12

İdris İsayev: Təhsilə edilən sərmayələrin nəticəsini dərhal görmək mümkün deyil

14 oktyabr, 11:09

Təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılır – Nazir müavini

14 oktyabr, 10:50

Təhsilə ən böyük investisiyaları dövlət qoyur - İdris İsayev

14 oktyabr, 10:45

Azərbaycanda 53 özəl təhsil müəssisəsinin nizamnaməsinə müsbət rəy verilib

14 oktyabr, 10:44

Şagirdlərin elektron yerdəyişməsinə start verilir

14 oktyabr, 10:40

Nazir müavini: Təhsilin inkişafı hər bir sahənin inkişafına təkan verir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.